Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1290/2024 23.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 3648,6 manat əsas, 1094,5 manat cərimə borcu olmaqla, cəmi 4743,1 manat, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 87,1 manat əsas, 26,1 manat cərimə borcu olmaqla, cəmi 113,2 manat, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1449,9 manat əsas, 434,9 manat cərimə borcu olmaqla, cəmi 1884,8 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 177 manat əsas, 53,1 manat cərimə borcu olmaqla, cəmi 230,1 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 177 manat əsas, 53,1 manat cərimə borcu olmaqla, cəmi 230,1 manat, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 2051,9 manat əsas, 615,5 manat cərimə borcu olmaqla, cəmi 2667,4 manat ümumilikdə altı müqavilə üzrə 7591,5 manat əsas, 2277,2 manat cərimə 9868,7 manat cəmi borcun və ödənilmiş dövlət rüsumuna görə 118,68 manat məbləğində pulun, iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqavilələrinə əsasən ona aldığı mala görə ödəniş cədvəli üzrə borcunu müvafiq olaraq hər ay müəyyən edilmiş məbləğlərdə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərməsinə baxmayaraq, qalıq qalmış borcu qaytarmamaqla müqavilə öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehə həmin müqavilələrin 1 nömrəli əlavəsinə əsasən gecikdirilmiş aylıq borc məbləğinə görə 2277,2 manat məbləğində cərimə hesablamışdır. Beləliklə, cavabdehin iddiaçıya olan 6 müqavilələr üzrə 7591,5 manat əsas və 2277,2 manat cərimə borcu olmaqla, cəmi 9868,7 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə 118,68 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı MMC məhkəməyə ərizə göndərərək, təyin edilmiş məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini, iddia ərizəsində qeyd edilən halları və iddia ərizəsinə əlavə edilmiş sübutları nəzərə alaraq, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqavilələrinə ona edilmiş əlavə və təhvil-təslim aktı, maliyyə və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi, iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarını nəzərə alınmaqla, ona uyğun şəkildə iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqavilələri üzrə iddiaçının cavabdehə hesabladığı müvafiq olaraq 1094,5 manat, 26,1 manat, 434,9 manat, 53,1 manat, 53,1 manat və 615,5 manat məbləğində dəbbə pullarının miqdarı cavabdehin iddiaçıya ödəmədiyi cəmi 7591,5 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğlərinin 10 faizinə qədər azaldılıb müvafiq olaraq 364 manat, 8 manat, 144 manat, 17 manat, 17 manat və 205 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü tarixli nisyə alqı-satqı müqavilələri üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1- 284-6-cı maddələrini rəhbər tuturaq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 3648,6 manat əsas, 364 manat cərimə borcu olmaqla, cəmi 4012,6 manat, xx.xx.2023-cü il tarixli nisyə alğısatqı müqaviləsi üzrə yaranmış 87,1 manat əsas, 8 manat cərimə borcu olmaqla, cəmi 95,1 manat, xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1449,9 manat əsas, 144 manat cərimə borcu olmaqla, cəmi 1593,9 manat, xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 177 manat əsas, 17 manat cərimə borcu olmaqla, cəmi 194 manat; xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 177 manat əsas, 17 manat cərimə borcu olmaqla, cəmi 194 manat; xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 2051,9 manat əsas, 205 manat cərimə borcu olmaqla, cəmi 2256,9 manat olmaqla, ümumilikdə altı müqavilə üzrə 8346,5 manat borc pul və ödənilmiş dövlət rüsumuna görə 118,68 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-1290/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1290/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver