Məhkəmə qərarları › İş №e-2(064)-1387/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1387/2025

03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1387/2025 03.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 4176 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 417,60 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2383,92 manat ödənilməmiş hissə, 238,39 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 753,96 manat ödənilməmiş hissə, 75,40 manat dəbbə pulu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 44,50 manat ödənilməmiş hissə, 4,45 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 8117,82 manat borc və ödənilmiş dövlət rüsumuna görə 101,18 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə məişət əşyaları almış, lakin üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və nəticədə ümumi 8117,82 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 11,90 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xəbərdarlıq məktublarında mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 101,18 manat məbləğində pul ödəmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək təyin edilmiş məhkəmə iclasını onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddia ərizəsində qeyd edilən halları və iddia ərizəsinə əlavə edilmiş sübutları nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə gəlməmiş, lakin cavabdehin nümayəndəsi və vəkili məhkəməyə Elekton Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ünvanlayaraq məhkəmənin iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı nisyə alğı-satqı müqavilələrinə ona edilmiş əlavə və təhvil-təslim aktları, maliyyə və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi, iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarını nəzərə alınmaqla, ona uyğun şəkildə iddia ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. - xx.xx.2024-cü il tarixli, 14029071 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 4176 (dörd min yüz yetmiş altı) manat (18 ay x 232 manat + 0 manat ilkin ödəniş) olan Apple 20W Usb-C Adapter, Apple Usb-C X1, Apple 20W USB-C adapter, paket xxxl xidməti, zəmanət + 1 il xidməti, ödənişin təminat xidməti, İMEİ kodu **********23331 İphone 15 pro MmAX markalı telefon almışdır. - xx.xx.2024-cü il tarixli, 15967172 saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 2383,92 manat (12 ay x 198,66 manat + 0 manat ilkin ödəniş) olan ödənişin təminatı xidməti, X4 proyektor, VR meta oculus quest 3 videooyun avadanlığı, İMİE KODU 58271/64SN01854 X3 markalı planşeet almışdır. - xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 753,96 manat (12 ay x 62,83 manat + 0 manat ilkin ödəniş) olan ödənişin təminatı xidməti, soyuducu Hısense, X2 6lı çay fincan seti-12 Parça, mikrodalğalı Soba Toshiba almışdır. - xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 56,40 (əlli altı manat, 40 qəpik) manat (6 ay x 8,9 manat + 3 manat ilkin ödəniş) olan zəmanət + 1 il xidməti, Panasonıc KX ev telefonu almışdır. -xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 8117,82 manat borcu vardır. -qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 101,18 manat dövlət rüsumu ödəmişdir. -iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması və borcunun tam şəkildə bağlaması ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, müvafiq olaraq iddiaçının cavabdehə müxtəlif müqavilələr üzrə hesabladığı 417,60 manat, 238,39 manat, 75,40 manat və 4,45 manat məbləğində dəbbə pulu miqdarı cavabdehin iddiaçıya ödəmədiyi əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borclarının məbləğlərinin azaldılıb müxtəlif müqavilələr üzrə müvafiq olaraq 208 manat, 119 manat, 37 manat, 2 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 97,47 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumunun 3,71 manat hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli, ******* saylı və xx.xx.2024-cü il tarixli, ******* saylı nisyə alğı-satqı müqavilələri üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, iddianı əsas hissədə etiraf etdiyinə, beləliklə də iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284-1- 284-6-cı maddələrini rəhbər tuturaq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 4176 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 208 manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 2383,92 manat ödənilməmiş hissə, 119 manat cərimə, xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən, 753,96 manat ödənilməmiş hissə, 37 manat cərimə və xx.xx.2024-cü il tarixli, ******* saylı müqaviləyə əsasən, 44,50 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 7747,98 (yeddi min yeddi yüz qırıx yeddi manat doxsan səkkiz qəpik) manat borc pul və ödənilmiş dövlət rüsumuna görə 97,47 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 3,71 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar