Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1459/2025 18.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cü il tarixli müqaviləyə əsasən 1438 manat ödənilməmiş hissə, 143,80 manat cərimə, xx.xx.2019-cü il, tarixli müqaviləyə əsasən1102 manat ödənilməmiş hissə, 110,20 manat cərimə, xx.xx.2019-cü il tarixli müqaviləyə əsasən 387 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 38,70 manat cərimə olmaqla, ümumilikdə 3243,30 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 52,44 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cü il, xx.xx.2019-cü il, xx.xx.2019-cü il tarixli müqavilələrə əsasən, SOYUDUCU SAMSUNG, YENİ QİZİL ZEMANET(MEİSHET) 4 İL xidməti, SAMSUNG LED TV, İMEİ KODU **********01961 SAMSUNG GALAXY J6 2018 markalı telefon almış və nəticədə 3243,30 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1451 manat (18 ay x 80 manat + 11 manat ilkin ödəniş) olan SOYUDUCU SAMSUNG, YENİ QİZİL ZEMANET(MEİSHET) 4 İL xidməti üçün ümumilikdə, 1581,80 manat olmaqla ondan, 1438 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 143,80 manat cərimə, xx.xx.2019-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1170 manat (18 ay x 65 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün ümumilikdə, 1212,20 manat olmaqla ondan, 1102 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 110,20 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 392 manat (6 ay x 65 manat + 2 manat ilkin ödəniş) olan İMEİ KODU **********01961 SAMSUNG GALAXY J6 2018 markalı telefon almış ümumilikdə, 449,30 manat olmaqla ondan, 387 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, müştəriyə güzəşt olunaraq 38,70 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin son ödəniş tarixi xx.xx.2019-cü il, xx.xx.2019-cü il, xx.xx.2019-cü il tarixli Müqavilələr üzrə xx.xx.2022-ci il, xx.xx.2022-ci xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 86 manat təşkil edir. Cavabdeh xx.xx.2025-ci tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də o, öhdəlikləri icra etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1451 manat olan SOYUDUCU SAMSUNG, YENİ QİZİL ZEMANET(MEİSHET) 4 İL xidməti almışdır. - xx.xx.2019-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, SOYUDUCU SAMSUNG, YENİ QİZİL ZEMANET(MEİSHET) 4 İL xidməti Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, 11 manat ilkin ödəniş, aylıq ödəniş 80 manat olmaqla, SOYUDUCU SAMSUNG, YENİ QİZİL ZEMANET(MEİSHET) 4 İL xidməti almış və 13 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 1170 manat olan SAMSUNG LED TV almışdır. - xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, SAMSUNG LED TV Cavabdeh təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 65 manat olmaqla, SAMSUNG LED TV almış və 68 manat ödəniş etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ümumi dəyəri 392 manat olan İMEİ KODU **********01961 SAMSUNG GALAXY J6 2018 markalı telefon almışdır. - xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ KODU **********01961 SAMSUNG GALAXY J6 2018 markalı telefon Tural Qədir oğluna təhvil verilmişdir. - ABC Telecom” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 06 ay müddətinə, 2 manat ilkin ödəniş, aylıq ödəniş 65 manat olmaqla, İMEİ KODU **********01961 SAMSUNG GALAXY J6 2018 markalı telefon almış və 5 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cü il, xx.xx.2019-cü il, xx.xx.2019-cü il tarixli müqavilələrə əsasən aldığı malın 3013 manat olan ümumi dəyərindən 86 manat ödəniş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cü il, xx.xx.2019-cü il, xx.xx.2019-cü il tarixli əşyaların alqısatqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyaya görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malın 3013 manat olan ümumi dəyərindən 86 manat ödəniş etmiş və nəticədə 2927 manat əsas borcu yaranmışdır. Ona görə də iddia tələbi əsas borcun və X1 ödənilən 23,6 manat ödənilməsinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 143,80 manat, 110,2 manat və 38,7 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 143,80 manat, 110,2 manat və 38,7 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 3243,30 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 52,44 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284- 6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cü il tarixli müqaviləyə əsasən 1438 manat ödənilməmiş hissə, 143,80 manat cərimə, xx.xx.2019-cü il, tarixli müqaviləyə əsasən1102 manat ödənilməmiş hissə, 110,20 manat cərimə, xx.xx.2019-cü il tarixli müqaviləyə əsasən 387 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsum, 38,70 manat cərimə olmaqla, ümumilikdə 3243,30 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 52,44 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(064)-1459/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1459/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver