Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-171/2025 13.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il tarixli, 1431-L/17 nömrəli müqavilə üzrə 2427 manat gecikdirilmiş borcu və hesablanmış 3950,06 manat cərimə məbləğini, eləcə də xx.xx.2017-ci il tarixli, 1581-L/17 nömrəli müqavilə üzrə 4828 manat gecikdirilmiş borcu və hesablanmış 6753,51 manat cərimə məbləğini, eləcə də xx.xx.2018-ci il tarixli, 923-L/18 nömrəli müqavilə üzrə yaranmış 3408 manat gecikdirilmiş borcu və hesablanmış 1008,64 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul vəsaitin əvəzinin İddiaçının xeyrinə Cavabdehdən tutulması barədə qətnamə çıxarılımasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 1431-L/17 nömrəli və xx.xx.2017-ci il tarixli, 1581-L/17 nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli, 1431-L/17 nömrəli müqavilə üzrə 2427,00 (iki min dörd yüz iyirmi yeddi) manat gecikdirilmiş borcu və hesablanmış 3 950,06 (üç min doqquz yüz əlli manat 06 qəpik) manat cərimə məbləğini, eləcə də xx.xx.2017-ci il tarixli, 1581-L/17 nömrəli müqavilə üzrə 4828,00 (dörd min səkkiz yüz iyirmi səkkiz) manat gecikdirilmiş borcu və hesablanmış 6753,51 (altı min yeddi yüz əlli üç manat 51 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə Məhkəməyə müraciət edərək İddiaçının iddia müddətini ötürdüyünü bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, Cavabdeh İddiaçı ilə xx.xx.2017ci il və xx.xx.2017-ci il tarixdə 3 il müddətinə müqavilə bağlamışdır. Həmin müqavilələr güzəştli lizinq müqaviləsi olmuş və ilkin ödəmələr dövlət vəsaiti hesabına müqavilə bağlanan tarixdə həyata keçirilmişdir. Birinci müqavilə üzrə müqavilə müddəti xx.xx.2020ci il tarixdə, digər müqavilə üzrə isə xx.xx.2021-ci il tarixdə başa çatır. Lakin İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iclasda iştirak edə bilməyəcəyini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə hazırki tələblə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Prosessual Məcəllənin: 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, ... mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. AR Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 420.1.2-ci maddəsinə əsasən təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində təklif etmiş tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən, tənasübsüz surətdə uzun və ya kifayət qədər aydın olmayan müddətlər (öhdəliklərin pozulması zamanı müddətlər) müəyyənləşdirdiyini ifadə edən müddəalar etibarsız sayılır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli və xx.xx.2017-ci il tarixli 1581-L/17 nömrəli lizinq müqavilələrinə əsasən müəyyən olunur ki, hər iki müqavilənin müqavilə müddətinə dair olan hissəsində (9-cu bənd) qeyd edilib ki, bu müqavilə imzalandığı tarixdən etibarən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə tərəfin öz öhdəliklərinin icrası üçün əvvəlcədən müəyyənləşdirilmiş müqavilə müddətləri kifayət qədər aydın olmadığından müqavilələrin müqavilə müddətinə dair olan hissəsi (9-cu bəndi) etibarsız hesab edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli lizinq müqaviləsinə edilmiş 2 saylı Əlavə (ödəniş qrafiki) əsasında müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli lizinq müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Eyni qayda ilə, xx.xx.2017-ci il tarixli 1581-L/17 nömrəli lizinq müqaviləsinə edilmiş 2 saylı Əlavə (ödəniş qrafiki) əsasında müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli lizinq müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli 1431-L/17 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmış, xx.xx.2017-ci il tarixli 1581-L/17 nömrəli lizinq müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamış və xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin İddiaçı hazırkı iddia ərizəsi ilə Məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, Məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinın Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-171/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-171/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver