Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1715/2024 16.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2984,84 manat ödənilməmiş hissə, 316,16 manat cərimə olmaqla, ümumilikdə 3301 manat və ödənilmiş 53,01 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03 iyun 2023-cü il tairxli, 003-DFM-0145-23 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqaviləsinə və 06 aprel 2024-cü il tarixli, 003-DFM-0318-24 saylı hissəli ödənişlə nisyə alqı-satqı müqaviləsinə və (bundan sonra “Müqavilə” adlanacaq) əsasən iddiaçı cavabdehə şəxsi istifadə məqsədləri üçün müxtəlif əşyaları təmin etməyi (satmağı), cavabdeh isə həmin əşyaların dəyərinin Müqavilədə razılaşdırılmış müddətlərdə hissəli ödənişlə iddiaçıya ödənilməsini öz öhdələrinə götürmüşlər. 03 iyun 2023-cü il tarixli, 003- DFM-0145-23 saylı Müqavilə üzrə iddiaçı tərəfindən 03 iyun 2023-cü tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd 379 manat dəyərində “Paris masa” markalı malı 12 ay müddətinə, 06 aprel 2024-cü il tarixli, 003-DFM-0318-24 saylı Müqavilə üzrə isə 06 aprel 2024-cü il tarixində tərəflər arasında bağlanmış təhviltəslim aktı və qaimə əsasında 1 ədəd 1073 manat dəyərində “Eurolux p/y 1250” markalı məişət əşyasını, 1 ədəd 1680 manat dəyərində “LG tv 50UR78006LK” markalı məişət əşyasını və 1 ədəd 194 manat dəyərində “Özkent çaynik” markalı məişət əşyasını (hər iki Müqavilə üzrə ümumilikdə “Mallar” adlanacaq) 18 ay müddətinə hissəli ödəniş şərti ilə cavabdehə satılmışdır. 03 iyun 2023-cü il tairxli, 003-DFM-0145-23 saylı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı Əlavəyə əsasən cavabdeh 03 iyun 2023-cü il tarixindən etibarən 12 təqvim ayı müddətində hər ayın 3-ü Müqavilə üzrə təchiz edilmiş Mallara görə 31 manat məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış son tarix üzrə (xx.xx.2024) cavabdeh iddiaçıya hər hansı vəsait ödəməmişdir. 06 aprel 2024-cü il tarixli, 003-DFM-0318-24 saylı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı Əlavəyə əsasən cavabdeh 06 aprel 2024-cü il tarixindən etibarən 18 təqvim ayı müddətində hər ayın 06-sı Müqavilə üzrə təchiz edilmiş Mallara görə 163 manat məbləğində ödənişi icra etməli olsa da, Müqavilə üzrə 20 manatdan başqa hər hansı ödəniş etməmiş və öhdəliyin icra vaxtı çatmış ardıcıl dörd tarix üzrə (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024) cavabdeh iddiaçıya hər hansı vəsait ödəməmişdir. İddiaçı tərəfindən hər iki Müqavilənin 8.8-ci yarım bəndinə uyğun olaraq mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə 09 avqust 2024-cü il tarixində Cavabdehin rəsmi və faktiki ünvanlarına DFXO 102 və DFXO 117 nömrəli bildirişlərilə müraciət edilmiş və əsas borcla dəbbə pulu məbləğinin 3 iş günü ərzində tam həcmdə ödənilməsi tələb edilmişdir. Cavabdeh Malları 03 iyun 2023-cü il tarixli və 06 aprel 2024-cü il tarixli təhvil-təslim aktları əsasında tam həcmdə, komplekt, yeni, istifadə (istismara) yararlı, Müqavilə şərtlərinə, həcminə və spesifikasiyalara uyğun, lazımi keyfiyyətdə (hər hansı zədə, qüsur və ya aşınma olmadan) qəbul etmiş və Müqavilənin 8.3-cü yarımbəndində müəyyən olunan 14 təqvim günü ərzində Malların keyfiyyətinə dair hər hansı irad bildirməmişdir. Malların keyfiyyətində hər hansı qüsurun olmamasına və Satıcı tərəfindən Müqavilə üzrə hər hansı öhdəliyin pozulmamasına baxmayaraq Alıcı ödənilməli olan pul vəsaitini əsassız olaraq ödəməmiş və Müqavilə üzrə öhdəliklərini icra etməkdən əsassız olaraq imtina etmişdir. Müqavilənin 2.6-cı yarımbəndinə əsasən Alıcı Müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və Alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman Satıcı Malları qiymətləndirməklə geri götürmək və ya Malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Alıcı tərəfindən Müqavilə üzrə vaxtı çatmış öhdəliklər icra edilməmişdir. Alıcı tərəfindən Müqavilə üzrə öhdəliklərin icra edilməyəcəyi aşkar məlum olduğundan, Satıcı Müqavilənin 2.6-cı yarımbəndində müəyyən edilən hüququndan istifadə edərək Malın qiymətinin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. İndiki halda İddiaçı tərəfindən cavabdehə 03 iyun 2023-cü il tairxli, 003-DFM-0145- 23 saylı Müqavilə üzrə 379manat dəyərində Mal təhvil verilmiş, Mala görə ödəniş qrafiki üzrə 11 ay ərzində ümumi 343.00 AZN (üç yüz qırx üç manat, sıfır qəpik) ödəniş edilmiş, ödənilmiş vəsaitin 341.16 manatı Müqavilə üzrə əsas borc məbləğindən, 1.84 manatı isə Müqavilə üzrə hesablanmış dəbbə pulu məbləğindən silinmişdir. Lakin Malın qalan dəyəri üzrə Cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 03 iyun 2023-cü il tairxli, 003-DFM-0145-23 saylı Müqaviləüzrə 37.84 manat əsas borc və cari tarixə olan 24.16 manat dəbbə pulu borcu olmaqla, cəmi 62 manat məbləğində pul Cavabdeh tərəfindən İddiaçıya ödəməlidir. Həmçinin İddiaçı tərəfindən Cavabdehə 06 aprel 2024-cü il tairxli, 003-DFM-0318-24 saylı Müqaviləüzrə 2947 manat dəyərində Mal təhvil verilmiş, Mala görə sadəcə 20 manat ödəniş edilmiş, ödənilmiş vəsaitin hamısı Müqavilə üzrə hesablanmış dəbbə pulu məbləğindən silinmişdir. Lakin Malın qalan dəyəri üzrə Cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 06 aprel 2024-cü il tairxli, 003-DFM0318-24 saylı Müqavilə üzrə 2947 manat əsas borc və cari tarixə olan 292 manat dəbbə pulu borcu olmaqla, cəmi 3239 manat məbləğində pul Cavabdeh tərəfindən İddiaçıya ödəməlidir. Hər iki Müqavilə üzrə ümumi 2984.84 manat məbləğində əsas borc, 316.16 manat məbləğində dəbbə pulu olmaqla, ümumi 3301 manat vəsait Cavabdeh tərəfindən İddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq məhkəməyə təqdim ediləcək qiymətləndirilən iddia ərizəsinə (iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda) görə İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği 30.00 manat (otuz manat, sıfır qəpik) və 1.000 manatdan artıq məbləğin 1%-i (23.01 manat) olmaqla ümumi 53.01 manat (əlli üç manat, bir qəpik) təşkil edir. Dövlət rüsumunun ödənilməsini təsdiq edən arayış və sənədlər iddia ərizəsinə əlavə olunur. Qeyd edilənlərə əsasən, Cavabdehdən 2984.84 manat əsas borc, 316.16 manat dəbbə puluvə 53.01 manat dövlət rüsumu olmaqla ümumilikdə 3354.01 manat pul tutularaq İddiaçıya ödənilməlidir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş materiallar əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 53,01 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2984,84 manat ödənilməmiş hissə, 316,16 manat cərimə olmaqla, ümumilikdə 3301 manat və ödənilmiş 53,01 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-1715/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1715/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver