Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1885/2023 17.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən aralarında bağlanmış 14 sentyabr 2020-ci il tarixli müqavilə üzrə yaranmış 256,58 manat əsas və 25,42 manat cərimə borcu, 15 sentyabr 2020-ci il tarixli müqavilə üzrə yaranmış 461 manat əsas və 46 manat cərimə borcu, 24 aprel 2021-ci il tarixli müqavilə üzrə yaranmış 152,5 manat əsas və 15,5 manat cərimə borcu, 17 iyun 2021-ci il tarixli müqavilə üzrə yaranmış 85,4 manat əsas və 8,6 manat cərimə borcu, 10 noyabr 2021-ci il tarixli müqavilə üzrə yaranmış 2911,6 manat əsas və 291,4 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 62,54 manat olmaqla, cəmi 4316,54 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona aralarında bağlanmış 14 sentyabr 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “BOSCH KGN56LB30U” markalı soyuducu üçün ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 128,4 manat olmaqla 2311,2 manat, 15 sentyabr 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “ALYANS-PARİS CARPAYİ, ALYANS-PARİS DOLAB” üçün ödəniş cədvəli üzrə 18 ay müddətinə hər ay 115,6 manat olmaqla 2080,8 manat, 24 aprel 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “EARBUDS LG TONE FREE UVNANOFN 6 BLACK” markalı qulaqlıq üçün ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 19,1 manat olmaqla 343,8 manat, 17 iyun 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “PHİLİPS HR2228/90” markalı blender üçün ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 21,4 manat olmaqla 256,8 manat, ümumilikdə cəmi 4254 manat, 10 noyabr 2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı “Samsung LEDUE65AU8000UXRU” markalı televizor, “SONY HT-RT40/M E3” markalı kinoteatr və “TRİMMER REMİNGTON PG5000” üçün ödəniş cədvəli üzrə 18 ay müddətinə hər ay 194,1 manat olmaqla 3493,8 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya göstərilən müqavilələr üzrə cəmi 4619,32 manat məbləğində ödəniş etmiş, iddiaçının poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərməsinə baxmayaraq, qalıq qalmış cəmi 4254 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehə həmin müqavilələrin əlavələrinə əsasən gecikdirilmiş borc məbləğinə görə cəmi 386,92 manat məbləğində cərimə hesablamışdır. Beləliklə, cavabdehin iddiaçıya olan borcu 10 noyabr 2021-ci il tarixli müqavilə üzrə 2911,6 manat əsas və 291,4 manat cərimə borcu, 15 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 461 manat əsas və 46 manat cərimə borcu, 14 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 256,58 manat əsas və 25,42 manat cərimə borcu, 24 aprel 2021-ci il tarixli müqavilə üzrə 152,5 manat əsas və 15,5 manat cərimə borcu, 17 iyun 2021-ci il tarixli müqavilə üzrə 85,4 manat əsas və 8,6 manat cərimə borcu, olmaqla, cəmi 4254 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə dövlət rüsumu kimi 62,54 manat məbləğində pul ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 14 sentyabr 2020, 15 sentyabr 2020, 24 aprel 2021, 17 iyun 2021 və 10 noyabr 2021-ci il tarixli nisyə alğı-satqı müqavilələri, onlara edilmiş əlavələr, 12 sentyabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəli, iddiaçının cavabdehə göndərdiyi yazılı xəbərdarlıq, ona dair poçt qəbzi və iddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 14 sentyabr 2020-ci il tarixli müqavilə üzrə yaranmış 256,58 manat əsas və 25,42 manat cərimə borcu, 15 sentyabr 2020-ci il tarixli müqavilə üzrə yaranmış 461 manat əsas və 46 manat cərimə borcu, 24 aprel 2021-ci il tarixli müqavilə üzrə yaranmış 152,5 manat əsas və 15,5 manat cərimə borcu, 17 iyun 2021-ci il tarixli müqavilə üzrə yaranmış 85,4 manat əsas və 8,6 manat cərimə borcu, 10 noyabr 2021-ci il tarixli müqavilə üzrə yaranmış 2911,6 manat əsas və 291,4 manat cərimə borcu, ödənilmiş dövlət rüsumuna görə 62,54 manat olmaqla, cəmi 4316,54 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(064)-1885/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1885/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver