Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-2029/2024 04.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi pul tələbinə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 08 iyun 2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş borca görə cəmi 53 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə 01 noyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək Cavabdeh qarşı olan iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərin əslinin və dövlət rüsumuna görə ödədiyi 30 manat məbləğində pulun ona qaytarmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. - 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsinin ərizəsinə əsasən iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsli, dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 259.0.11, 114.1, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsli iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddiaçı "xxxx" MMC-nin dövlət rüsumuna görə ödədiyi 30 (otuz) manat məbləğində pul ona ("xxxx" MMC-nin rekvizitləri VÖEN:**********, Hesab №: AZ78PAHA40060AZNHC**********, Alanın Bankı: "xxxx" ASC, Kod: 505141, VÖEN: **********, M/h: AZ82NABZ**********000071944, S.W.İ.F.T. BİK PAHAAZ22) qaytarılsın. Qərardadın icrası Füzuli rayon Maliyyə şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(064)-2029/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-2029/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver