Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2034/2023 28.11.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 39,9 AZN əsas borc, 5,9 AZN cərimə borcu olmaqla cəmi 45,8 AZN borc, xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 139,4 AZN əsas borc, 20,9 AZN cərimə borcu olmaqla, cəmi 160,3 AZN borc, xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 105,9 AZN əsas borc, 15,8 AZN cərimə borcu olmaqla, cəmi 121,7 AZN borc olmaqla, ümumilikdə üç müqavilə üzrə 285,2 AZN əsas borc, 42,6 AZN cərimə borcu olmaqla, cəmi 327,8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqımüqaviləsi (müqavilələri) barədə məlumat: 1 müqavilənin nömrəsi və tarixi: xx.xx.2021-ci il tarixli № ********* saylı müqavilə məbləği: 269,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 15,00 AZN 18 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalı mobil telefon son ödəniş məbləği və tarixi: 50,00 AZN xx.xx.2023 Cavabdeh nun müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 39,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 59,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 5,90 AZN Tutulmalı olan cəmi məbləğ: 45,80 AZN 2 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 289,40 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 25,00 AZN 12 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Samsung" markalı mobil telefon son ödəniş məbləği və tarixi: 50,00 AZN xx.xx.2023 Cavabdeh nun müddətli (nisyə) alqısatqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 139,40 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 209,00 AZN Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% Cavabdeh tərəfindən ödənilməli cərimə: 20,90 AZN Tutulmalı olan cəmi məbləğ: 160,30 AZN 3 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı Müqavilə məbləği: 159,90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 9,00 AZN 18 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Essen" markalı blender son ödəniş məbləği və tarixi: 18,00 AZN xx.xx.2023 Cavabdeh nun müddətli (nisyə) alqı-satqımüqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği: 105,90 AZN Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 158,00 AZN nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% cavabdeh tərəfindən ödənilməli cərimə: 15,80 AZN Tutulmalı olan cəmi məbləğ: 121,70 AZN İstinad edilən hüquq norması. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə müxtəlif tarixlərdə bağladığı alqı-satqı müqavilələrinə əsasən nisyə şəkildə mallar almış və pulunu hissə-hissə ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də buna əməl etməmişdir. Hazırda cavabdehin həmin müqavilələr üzrə borcu 285,2 AZN əsas borc, 42,6 AZN cərimə borcu olmaqla, cəmi 327,8 manat təşkil edir. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və nəticədə ödənilməmiş borcu yaranmışdır. Belə olan halda, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla belə, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçının tələb etdiyi cərimə borcları azaldılaraq əsas borcların 10 %-i miqdarında müəyyən edilməlidir. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 39,9 AZN əsas borc, 3 AZN cərimə borcu olmaqla cəmi 42,9 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 139,4 AZN əsas borc, 13 AZN cərimə borcu olmaqla cəmi 152,4 AZN borc, xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 105,9 AZN əsas borc, 10 AZN cərimə borcu olmaqla, cəmi 115,9 AZN borc olmaqla, ümumilikdə üç müqavilə üzrə 285,2 AZN əsas borc və 26 AZN cərimə borcu olmaqla, 311,2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №e-2(064)-2034/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2034/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver