Məhkəmə qərarları › İş №e-2(064)-206/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-206/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-206/2024 24.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli ********* saylı (nisyə) alğı-satqı müqaviləsi üzrə 87.5 manat əsas, 13.1 manat cərimə borcu, cəmi 100.6 manat; xx.xx.2023-cü il tarixli ********* saylı (nisyə) alğı-satqı müqaviləsi üzrə 141.9 əsas, 21,2 manat cərimə, cəmi 163,1 manat; xx.xx.2022-ci il tarixli ********* saylı (nisyə) alğı-satqı müqaviləsi üzrə 67.4 manat əsas, 10.1 cərimə, cəmi 77,5 manat; xx.xx.2021-ci il tarixli ********* saylı (nisyə) alğı-satqı müqaviləsi üzrə 175,9 manat əsas, 26,3 manat cərimə, cəmi 202,2 manat olmaqla, ümumilikdə dörd müqavilə üzrə yaranmış 472,7 manat əsas, 70.7 cərimə borcu olmaqla, ümumilikdə 543,4 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış (nisyə) alğı-satqı müqavilələrinə əsasən, cavabdeh aldığı “Honor” markalı saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 385 manat; “Bonera” markalı qazan dəstinə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla cəmi 239,90 manat; 2 ədəd “Rowenta” markalı saç feninə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla cəmi 359,90 manat; “Honor” markalı mobil telefon, qulaqcıq və aksessuarlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 89 manat olmaqla cəmi 1599 manat ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış (nisyə) alğı-satqı müqavilələrinə əsasən, cavabdeh aldığı “Honor” markalı saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 manat olmaqla cəmi 385 manat; “Bonera” markalı qazan dəstinə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla cəmi 239,90 manat; 2 ədəd “Rowenta” markalı saç feninə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla cəmi 359,90 manat; “Honor” markalı mobil telefon, qulaqcıq və aksessuarlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 89 manat olmaqla cəmi 1599 manat ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla belə, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********* saylı (nisyə) alğı-satqı müqaviləsi üzrə 87.5 manat əsas, 8.7 manat cərimə borcu, cəmi 96.2 manat; xx.xx.2023-cü il tarixli ********* saylı (nisyə) alğı-satqı müqaviləsi üzrə 141.9 əsas, 14 manat cərimə, cəmi 155,9 manat; xx.xx.2022-ci il tarixli ********* saylı (nisyə) alğı-satqı müqaviləsi üzrə 67.4 manat əsas, 6.7 cərimə, cəmi 74,1 manat; xx.xx.2021-ci il tarixli ********* saylı (nisyə) alğı-satqı müqaviləsi üzrə 175,9 manat əsas, 17,6 manat cərimə, cəmi 193,3 manat olmaqla, ümumilikdə dörd müqavilə üzrə yaranmış 472,7 manat əsas, 47 cərimə borcu olmaqla, ümumilikdə 519,7 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar