Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2235/2023 22.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Füzuli Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində cavabdehdən bağlanmış 12 iyun 2021-ci il tarixli 262082 nömrəli alğı-satqı müqaviləsi üzrə yaranmış 240 manat əsas, 307 manat cərimə borcu, 12 iyun 2021-ci il tarixli 262083 nömrəli alğısatqı müqaviləsi üzrə yaranmış 230 manat əsas, 307 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30,84 manat olmaqla, cəmi 1114,84 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış 12 iyun 2021-ci il tarixli, 262082 nömrəli alğı-satqı müqaviləsinə əsasən ona aldığı ətçəkən maşına görə ödəniş cədvəli üzrə 9 ay müddətində, ondan 3 ay 30 manat, 6 ay 25 manat və ilkin ödəniş 10 manat olmaqla, cəmi 250 manat və 12 iyun 2021-ci il tarixli, 262083 nömrəli alğı-satqı müqaviləsinə əsasən ona aldığı keramik tavaya görə ödəniş cədvəli üzrə 9 ay müddətində, ondan 1 ay 30 manat, 8 ay 25 manat və ilkin ödəniş 20 manat olmaqla, cəmi 250 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin müqavilə üzrə ödəniş etməmiş, iddiaçının poçt vasitəsilə yazılı qaydada xəbərdarlıq göndərməsinə baxmayaraq, qalıq qalmış hər iki müqavilə üzrə cəmi 470 manat məbləğində borcu qaytarmamaqla müqavilə öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı cavabdehə həmin müqaviləyə əsasən gecikdirilmiş aylıq borc məbləğinə görə hər iki müqavilə üzrə cəmi 614 manat məbləğində cərimə hesablamışdır. Beləliklə, cavabdehin 12 iyun 2021-ci il tarixli 262082 nömrəli müqavilə üzrə olan borcu 240 manat əsas və 307 manat cərimə və 12 iyun 2021-ci il tarixli 262083 nömrəli müqavilə üzrə olan borcu 230 manat əsas və 307 manat cərimə borcu olmaqla, cəmi 1084 manat təşkil edir. Bundan əlavə, iddiaçı iş üzrə dövlət büdcəsinə 30,84 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş 12 iyun 2021-ci il tarixli, 262082 və 262083 nömrəli alğı-satqı müqavilələri, iddiaçının cavabdehə göndərdiyi xəbərdarlıq, ona dair poçt qəbzi, maliyyə arayışı və dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzi əsasında işin faktiki hallarının iddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir (hesablanmış cərimə borcu istisna olmaqla). Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının 12 iyun 2021-ci il tarixli, 262082 və 262083 nömrəli alğı-satqı müqavilələri üzrə cavabdehə ayrıayrılıqda hesabladığı 307 manat məbləğində dəbbə pulu miqdarı müvafiq olaraq cavabdehin iddiaçıya ödəmədiyi 240 manat əsas və 230 manat əsas borc məbləğlərinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğlərinin 10 faizinə qədər azaldılaraq, 24 və 23 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (iddiaçının cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12 iyun 2021-ci il tarixli, 262082 nömrəli alğı-satqı müqaviləsi üzrə yaranmış 240 manat əsas, 24 manat cərimə, 12 iyun 2021-ci il tarixli, 262083 nömrəli alğısatqı müqaviləsi üzrə yaranmış 230 manat əsas, 23 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30,84 manat olmaqla, cəmi 547,84 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(064)-2235/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2235/2023
22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver