Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-2341/2025 17.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, ərizədən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdehnun qeydiyyatda olduğu ünvan – ünvan 1la da müəyyən edilir ki, iş üzrə cavabdehin qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Yasamal rayonu ərazisinə daxildir. Cavabdeh Füzuli rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxılmalı deyildir. Bu baxımdan məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Füzuli Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilməlidir. Həmçinin iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Belə ki, MPM-in 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Həmin məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-ci maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı iddia ərizəsində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-ci maddəsi ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli, 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Nizamnaməsinin 1.2-ci bəndinə istinad edərək cəmiyyətin bütün paylarının dövlətə məxsus olduğunu qeyd etmiş və bu səbəbdən dövlət rüsumu ödəməkdən azad olunduğunu bildirmişdir. Qeyd edirəm ki, Mənzil İnşaatı Dövlət Agentliyi (İddiaçı Agentliyi) dövlət orqanıdır, MİDA MMC isə həmin Agentliyin tabeliyində yaranmış məhdud məsuliyyətli cəmiyyətdir və MİDA MMC, Mənzil İnşaatı Dövlət Agentliyinin (İddiaçı Agentliyi) müəyyən etdiyi vəzifələri yerinə yetirmək üçün yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli, 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş İddiaçı Nizamnaməsindən görünür ki, MİDA MMC-nin nizamnamə kapitalı 10.000.000 (on milyon) manatdır. O, özü-özünü maliyyələşdirir, dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatı deyil. Odur ki, iddiaçı dövlət rüsumu ödəməlidir. Azərbaycan Respublikası MPM-in 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin qeyd edirəm ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədələr geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-2341/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-2341/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver