Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-2344/2023 13.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 879.73 manat ödənilməmiş hissə, 87.27 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 314.79 manat ödənilməmiş hissə, 31.21 manat cərimə olmaqla, ümumilikdə 1313 manat borc və ödənilmiş dövlət rüsumuna görə 33.13 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: - 284-3.2.2-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) göstərilməlidir. - 284-3.5-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin bu Məcəllənin 284-3.2-ci maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehin rəsmi qeydə alındığı ünvan Zəngilan rayonu, Bartaz kəndidir. Azərbaycan Respublikası MPM-in: -35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. -152.1.3-cü maddəsinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə göstərilən qanunvericilik normaları və iddia ərizəsinin məzmunu ilə bağlı hallara əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 284-3, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" MMC-yə Cavabdeh rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət etməsi izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(064)-2344/2023
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-2344/2023
13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver