Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-242/2025 09.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 691,2 manat və ödənilmiş dövlət rüsumuna görə 30,4 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hal hazırki iddia ərizəsinin cavabdeh kimi Cavabdeh qarşı məhkəmə icraatını istisna etdiyindən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən müəyyən edilir ki, iddiaçının iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüşdür. İddiaçı iş üzrə mübahisə edilən hüquq münasibətində cavabdehin hüquqi varisini müəyyən etməmişdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-242/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-242/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver