Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-255/2025 26.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh ) qarşı cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə Cavabdeh 12914,89 manat məbləğində vurulmuş zərər və 129 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 12:00-da Füzuli rayonu, Ələt-Astara yolunun 149-cu km-də “Mercedes Benz C200 minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSH200375572 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi L200 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına və müvafiq saylı inzibati xəta haqqında protokoluna əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Şirkət tərəfindən “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi L200 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlıavtomobilə dəymiş zərərin miqdarı 16280,00 məbləğində müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 300,00 məbləğində azad olma məbləği çıxılmaqla 15980,00 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə zamanı Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C200 minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 3065,91 hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Cavabdehə 12914,89 məbləğində pul vəsaitinin subroqasiya qaydasında "xxxx" ASC-nin bank hesabına ödənilməsi tələb olunsa da, ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçının cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin CSH200375572 nömrəli icbari sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək "xxxx" ASC tərəfindən “Mitsubishi L200 minik” markalı, **-PU- *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. - xx.xx.2024-cü il tarixli CSH140636 nömrəli Sığorta ödənişi aktından görünür ki, “Mitsubishi L200 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərərə görə 300,00 məbləğində azad olma məbləği çıxılmaqla 15980,00 manat pul X1 ödənilmişdir. - Təhvil-təslim aktından görünür ki, hadisə zamanı Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C200 minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 3065,91 hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. - xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Mitsubishi L200 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 16280 manat maddi zərər dəymişdir. - avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz C200 minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Füzuli rayonu, Ələt-Astara yolunun 149-cu km-də hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Mitsubishi L200 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nın 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməsi üçün həmin qərarın surəti aidiyyəti polis orqanına göndərilir. - xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli İXM-nin 327.8ci maddəsi ilə 200 manat cərimə tətbiq edilmişdir. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş "xxxx" MMC-nin qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “Mitsubishi L200 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 10155 manat təşkil edir. - xx.xx.2026-cı il tarixli, 26 saylı qiymətləndiricinin rəyindən görünür ki, xidmət haqqı 200 manat təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz C200 minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Füzuli rayonu, Ələt-Astara yolunun 149-cu km-də hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Mitsubishi L200 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh barəsində İXM-nin 327.8-ci maddəsi ilə 200 manat cərimə tətbiq edilmişdir. İddiaçı cavabdeh tərəfindən vurulmuş zərərin məbləğinə uyğun 15980 manatı həmin avtomobilin sahibinə ödənilmişdir. Hadisə zamanı Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C200 minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 3065,91 hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Məhkəməməyə qədər aparılmış qiymətləndirilmədə avtomobilə dəymiş zərərin miqdarının çox olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi şəxsin əsas fəaliyyət istiqamətinin dəymiş zərərin qiymətləndirilməsi olmasına dair sübutu təqdim etməməsini, eləcə də hazırki iş üzrə qiymətləndirmə aparmış şəxsin əsas fəaliyyət istiqamətinin dəymiş zərərin qiymətləndirilməsi olmasını nəzərə alaraq dəymiş zərərin miqdarını müəyyən edərkən iddiaçının təqdim etdiyi sübutu şübhədən kənar sübut saymır və onu işin həllində mötəbər sübut kimi qəbul etmir və qiymətləndirməni aparmış şəxsin zərərlə bağlı gəldiyi nəticəsini işin hallarına uyğun sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, baş vermiş qəza nəticəsində vurulmuş maddi ziyanda Cavabdeh təqsirlidir. Hadisə nəticəsində "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSH200375572 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi L200 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. İddiaçı tərəfindən “avtokasko” risklərindən sığortalanmış “Mitsubishi L200 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 16280,00 məbləğində müəyyən edilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 300,00 məbləğində azad olma məbləği çıxılmaqla 15980,00 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə zamanı Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz C200 minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 3065,91 manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən iddiaçının hesabına ödənilmişdir. Ona görə də iddiaçının həmin hadisəyə görə zərər dəymiş şəxsə ödədiyi 12914,89 manat məbləğində pulu cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə hesab edir ki, dəymiş ziyanın həcmi mütəxəssis rəyi ilə çox olduğu müəyyən edilmişdir. Belə ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı əsasında təyin edilmiş "xxxx" MMCnin qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən “Mitsubishi L200 minik” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan cəmi 10155 manat təşkil edir. Bu səbəbdən iddiaçıya ödənilmiş 3065,91 manat və azad olma məbləği də nəzərə alınmaqla iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 6789 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə 129 manat ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 87,89 manatı cavabdehə aid edilməlidir. Həmçinin qiymətləndiricinin rəyindən müəyyən olunur ki, xidmət haqqının dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qiymətləndiricinin rəyinin verilməsi üçün ödənilməli 200 manat xidmət haqqının 100 manatı cavabdehdən, 100 manatı isə iddiaçıdan alınaraq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 77.1, 216-220, 222ci maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə vurulmuş zərərə görə 6789 manat, dövlət rüsumuna görə 87,89 manat olmaqla cəmi 6876,89 manat tutulsun. İş üzrə ekspertiza xərcinin dəyəri olan 200 (iki yüz) manatın 100 manatı Cavabdeh, 100 manatı isə iddiaçı "xxxx" ASC-dən alınaraq "xxxx" MMC-nin xeyrinə (VÖENi:**********, İcraçının hesablaşma hesabı: H/h:AZ66AİİB******************** Kapital Bank ASC-in Nərimanov filialı Kod:200093 VÖEN: ********** S.W.İ.F.T. AİİBAZ2X M/h: AZ37NABZ******************** hesabına) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-255/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-255/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver