Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-2790/2025 13.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlu İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış əsas borc qismində 452 manat məbləğində vəsaitin alınaraq abonentin **********00370 saylı koduna və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində vəsaitin İddiaçının Kapital Bank Tərtər filialı, Kod 200457, VÖEN **********, M/H AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2XXXX, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ95AİİB******************** nömrəli hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən, Cavabdehnın xx.xx.2025-ci il tarixdə vəfat etməsi müəyyən olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş faktiki halından görünür ki, iddiaçının iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İddiaçı iş üzrə mübahisə edilən hüquq münasibətində cavabdehin hüquqi varisini müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hal hazırkı iddia ərizəsinin cavabdeh kimi Cavabdeh qarşı məhkəmə icraatını istisna etdiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.7, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-2790/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-2790/2025
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver