Məhkəmə qərarları › İş №e-2(064)-315/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-315/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-315/2024 14.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2021-ci il tarixli, 31507 saylı müqaviləyə əsasən 564 manat əsas, 60 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 31508 saylı müqaviləyə əsasən 300,99 manat əsas borc, 30 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli, 37660 saylı müqaviləsinə əsasən 292,99 manat əsas, 30 manat cərimə borcu olmaqla ümumilikdə 1.277,98 manat məbləğində borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 31507 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə1700 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 71 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 24 ay müddətində ödəməyi xx.xx.2021 -ci il tarixli, 31508 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 899.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 38 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 24 ay müddətində ödəməyi və xx.xx.2022 -ci il tarixli, 37660 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 436.99 manat məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 36 manat məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”arasında bağlamış olduğuxx.xx.2021 -ci il tarixli, 31507 saylı, xx.xx.2021 -ci il tarixli, 31508 saylı və xx.xx.2022 -ci il tarixli, 37660 saylı müqavilələrin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERAElectronics”-ə olan borcunu 7 aydan çox müddətdir ki ödəməmişdir. Hazırkı müqavilənin 9.1-ci bəndinə əsasən Alıcı bu müqavilə ilə üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirmədikdə, yəni bu Müqavilə ilə hissə-hissə ödənilməsi nəzərdə tutulmuş məbləği 1(bir) aydan çox gecikdirdikdə, Satıcının hüququ olacaqdır ki, dərhal bu müqaviləyə vaxtından əvvəl xitam verərək hissə-hissə ödənilməsimüəyyən edilmiş məbləği tam şəkildə Alıcıdan geri tələb etsin. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Borclu sonuncu dəfə xx.xx.2023 -cu il tarixdə 100 (AZN)manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir. Hazırda borclunun yuxarıdakı müqavilələr üzrə müvafiq olaraq “ERA Electronics”-ə olan borcu xx.xx.2021 -ci il tarixli, 31507 saylı müqaviləsinə əsasən 564 manat əsas borc, 60 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 31508 saylı 300.99 manat əsas borc, 30 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli, 37660 saylı müqaviləsinə əsasən 292.99 manat əsas borc, 30 manat cərimə borcu olmaqla ümumilikdə 1277.98 manatı təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Cavabdeh İddiaçı (VÖEN:**********02) “ERA Electronics” mağazası arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 31507 saylı, xx.xx.2021-ci il tarixli, 31508 saylı və xx.xx.2022-ci il tarixli, 37660 saylı alqı-satqı müqavilələrinə əsasən cavabdeh nisyə şəkildə müxtəlif mal alaraq dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürsə də buna lazımınca əməl etməmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bununla belə, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçının tələb etdiyi 60 manat dəbbə pulu 564 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalı və 56 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı (“ERA Electronics” mağazası) xeyrinə xx.xx.2021-ci il tarixli, 31507 saylı müqaviləyə əsasən 564 manat əsas borc, 56 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 31508 saylı müqaviləyə əsasən 300,99 manat əsas borc, 30 manat cərimə borcu və xx.xx.2022-ci il tarixli, 37660 saylı müqaviləyə əsasən 292,99 manat əsas borc, 30 manat cərimə borcu olmaqla ümumilikdə 1.273,98 manat məbləğində borc və ödənilmiş 33 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar