Məhkəmə qərarları › İş №e-2(064)-334/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-334/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-334/2025 18.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - Cavabdeh) Cavabdeh (bundan sonra - İddiaçı) qarşı Füzuli Rayon Məhkəməsində (bundan sonra – Məhkəmə) iddia qaldıraraq Cavabdehdən 20 iyul 2023-cü il tarixli lizinq müqaviləsi üzrə yaranmış 21957,09 manat məbləğində borcun və ödənilmiş 156 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 15 iyul 2021ci il tarixli, ML/3137 nömrəli X1 bağlanıb. Həmin müqaviləyə əsasən Cavabdehə 1 (bir) ədəd 2016-cı il buraxılışı olan “BMW 528İ” minik markalı, WBA5A5C53GG352852 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 24 (iyirmi dörd)% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 33.300 (otuz üç min üç yüz) manat təşkil edir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Cavabdeh uzun müddət lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirə bilməmiş və müraciəti əsasında onunla 20 iyul 2023-cü il tarixli, 3522/2 nömrəli Lizinq (restrukturizasiya) Müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Kreditor Borcalanın vaxtı keçmiş əsas kredit borcunun - müqavilə imzalanan tarixə 37.880 (otuz yeddi min səkkiz yüz səksən) AZN qalıq məbləği ödəməsi məqsədilə 37.880 (otuz yeddi min səkkiz yüz səksən) AZN məbləğində güzəştli kredit verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürüb. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan xx.xx.2023-cü ildən xx.xx.2026-ci ilədək hər ayın 20-si tarixində lizinq verənin bank hesabına 1.446,65 manat məbləğdə lizinq haqqı ödəməli idi. Lakin borclu 20 iyul 2023-cü il tarixli, 3522/2 nömrəli Lizinq (restrukturizasiya) Müqaviləsi üzrə öhdəliklərini də gecikdirərək uzun müddət yerinə yetirməmişdir. Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin sahiblik və istifadəsindən geri alıb. İddiaçı qanunvericiliyin və müqavilənin ona tanıdığı hüquqdan istifadə etməklə, cavabdeh – Cavabdeh müvafiq bildiriş ünvanlayıb. (bildiriş məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Həmin bildirişdə qeyd edilib ki, bildirişin verildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində Cavabdeh lizinq obyekti olan nəqliyyat vasitəsini bazar qiymətinə uyğun satın ala və ya lizinq obyektinin alıcısını göstərə bilər; bildirişin verildiyi tarixdən 15 (on beş) təqvim günü ərzində Cavabdeh lizinq obyektini almadığı və ya alıcını göstərmədiyi təqdirdə, lizinq obyekti - 2016-cı il buraxılışı olan “BMW 528İ” minik markalı, WBA5A5C53GG352852 ban nömrəli nəqliyyat vasitəsi lizinq verən tərəfindən mövcud bazar qiymətinə uyğun olaraq satışa çıxarılacaq; həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait Cavabdeh "xxxx" MMC-yə olan 45.957,09 manat məbləğdə borcundan çıxılacaq; həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait lizinq alanın lizinq verənə olan borcunu tam ödəmədiyi təqdirdə, qalıq borcun lizinq alan – Cavabdeh tutularaq lizinq verən – "xxxx" MMC-yə ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcə Cavabdeh – Cavabdeh bildirişdə qeyd edilən müddət ərzində iddiaçı - "xxxx" MMC-yə heç bir geridönüş etməyib. Beləliklə, iddiaçı bildirişdə də cavabdehə xəbərdarlıq etdiyi qaydada lizinq obyekti olan nəqliyyat vasitəsini 01 fevral 2024-cü il tarixdə satışa çıxarıb. "xxxx" MMC tərəfindən tərtib edilmiş“avtomobilin qiymətləndirilməsi barədə” Ekspert rəyinə əsasən 2016- cı il buraxılışı olan “BMW 528İ” minik markalı, WBA5A5C53GG352852ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 28.000 (iyirmi səkkiz min) AZN məbləğdə müəyyənləşdirilib. (həmin rəy iddia ərizəsinə əlavə edilir). Bazar dəyəri 28.000 (iyirmi səkkiz min) AZN müəyyənləşdirilsə belə, xx.xx.2024-cü il tarixli 15 nömrəli alqı-satqı müqaviləsinə əsasən, həmin nəqliyyat vasitəsi satış qiyməti 24.000 (iyirmi dörd min) AZNməbləğdə razılaşdırılmaqla, "xxxx" MMC(satıcı) tərəfindən X2 (alıcı) satılıb. Beləliklə, sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 24.000 (iyirmi dörd min) AZN məbləğdə pul vəsaiti cavabdeh - Cavabdeh iddiaçı - "xxxx" MMC-yə olan borcundan çıxılıb. "xxxx" MMCtərəfindən tərtib olunan maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh iddiaçı - "xxxx" MMC-yə olan qalıq əsas borcuc,əmi 21.957,09 (iyirmi bir min doqquz yüz əlli yeddi manat doqquz qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb (pretenzitya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İddiaçının nümayəndəsi Məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən tərəflərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Məhkəmə tədqiq edilmiş 15 iyul 2021-ci il tarixli, ML/3137 nömrəli X1, 20 iyul 2023-cü il tarixli, 3522/2 nömrəli Lizinq (restrukturizasiya) Müqaviləsi, xx.xx.2024-cü il tarixli 15 nömrəli alqı-satqı müqaviləsi, ekspert rəyi, pretenziya məktubları əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Belə olan halda, İddiaçı haqlı olaraq Məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla və müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Odur ki, Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunmaqla Cavabdehdən İddiaçının xeyrinə 21957,09 manat pul tutulmalıdır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə ödənilmiş 156 manat dövlət rüsumunun əvəzinin də Cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-cü maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh 21957,09 manat və ödənilmiş 156 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar