Məhkəmə qərarları › İş №e-2(064)-35/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-35/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-35/2024 10.01.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi ilə, iddiaçı «İcbari Sığorta Bürosu» X2 Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» hüquqi şəxlərin ittifaqı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 200 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla cəmi 230 manatın tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC “Standard İnsurance” Sığorta Şirkət tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X5 adına sığortalanmış BMW 318 markalı, 10NE318 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 14 mart 2020-ci il tarixində Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Nəqliyyat küçəsi Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 əmlakına maddi zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkən(lər)ə dəymiş zərər üzrə aşağıdakı cədvəldə qeyd olunan məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Vurulan zərərin növü Sığorta ödənişinin məbləği (AZN) Ağayev X1 Zaur Əli oğlu Əmlaka vurulan zərər 200 İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Suraxanı DYPŞ-in TP3572569 “İnzibati tənbeh vermə haqqında” Qərarından(əlavə olunur) məlum olur ki, yol nəqliyyat hadisəsini törədən Cavabdeh hadisədən sonra hadisə yerini dərhal tərk etməklə hadisə yerindən yayınmış və bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati tənbeh tədbirinə məruz qalmışdır. “İcbari Sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə iclasında: İddiaçı «İcbari Sığorta Bürosu» Hüquqi şəxlərin ittifaqı məhkəməyə vəsatət verərək işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, LPO ASC “Standard İnsurance” Sığorta Şirkət tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “BMW 318” markalı, Az ** NE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 14 mart 2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 əmlakına maddi zərər vurulmuşdur. Bu hadisə ilə əlaqədar iddiaçı tərəfindən zərərçəkən(lər)ə dəymiş zərər üzrə 200 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Suraxanı DYPŞ-in TP3572569 inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh-sürücü Cavabdeh hadisə yerindən yayındığı üçün İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq “İcbari sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsasən, ödənilmiş vəsaitin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb etmişdir. Belə adı çəkilən Qanunun 63.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsində deylir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 897.3. İcbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. 936.1 və 936.2-ci maddələrinə görə, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Odur ki, məhkəmə qeyd olunanları yekunlaşdıraraq belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə ödənilmiş sığorta ödənişinə görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulmalıdır. Beləliklə də, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «İcbari Sığorta Bürosu» X3 xeyrinə ödənilmiş sığorta ödənişinə görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar