Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-364/2025 14.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi “borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində Cavabdehdən aralarında bağlanmış xx.xx.2024-ci il tarixli müqavilə üzrə 1035 manat ödənilməmiş hissə, 310,5 manat cərimə, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 700,9 manat ödənilməmiş hissə, 210,27 manat cərimə; xx.xx.2023-ci il tarixli müqavilə 435,6 manat ödənilməmiş hissə, 130,68 manat cərimə borcu olmaqla cəmi 2822,95 manat və ödənilmiş 48,23 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulub İddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı xx.xx.2024-ci il, xx.xx.2024-ci il və xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən TOKYO - YUMSAQ - KUNC markalı mebel əşyası, TCL LED TV, YUPİTER YP tv asqısı, PALTARYUYAN ELECTROLUX almış və nəticədə 2822.95 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 (min səksən) manat (24 ay x 45 manat + 0 manat ilkin ödəniş) TOKYO - YUMSAQ - KUNC markalı mebel əşyas üçün ümumilikdə, 1345.50 (min üç yüz qırx beş manat, 50 qəpik) manat olmaqla ondan, 1035 (min otuz beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 310.5 (üç yüz on manat, 50 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 795.06 (yeddi yüz odxsan beş manat, 06qəpik) manat (18 ay x 44.17 manat + 0 manat ilkin ödəniş) TCL LED TV, YUPİTER YP tv asqısüıçün ümumilikdə, 911.17 (doqquz yüz on bir manat, 17 qəpik) manat olmaqla ondan, 700.9 (yeddi yüz manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 210.27 (iki yüz on manat, 27 qəp) manat cərimə ; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1120.14 (min yüz iyirmi manat, 14 qəp) manat (18 ay x 62.23 manat + 0 manat ilkin ödəniş) PALTARYUYAN ELECTROLUXüçün ümumilikdə, 566.28 (beş yüz altmış altı manat, 28 qəpik) manat olmaqla ondan, 435.6 (dörd yüz otuz beş manat, 60 qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 130.68 (yüz otuz manat, 68 qəp) manat cərimə; Cəmi ödədiyi məbləğ 823.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il və xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə mülki işə iddianın qiymətinin beş min manatdan az olması, prosessual hüquq və vəzifələri izah olunmuş cavabdehin iddia ərizəsinə etiraz verməməklə tələbi mübahisələndirməməsi, beləliklə də icraat dövründə Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsində işə iddia icraatı qaydasında baxılması üçün nəzərdə tutulmuş hər hansı halın yaranmamasına görə həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə həm yuxarıda göstərilənlərə, həm də iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-ci il, xx.xx.2024-ci il və xx.xx.2023-ci il tarixli alğı-satqı müqavilələri, ona edilmiş əlavə və təhvil-təslim aktı, maliyyə və ödəniş cədvəli, İddiaçının Cavabdehə göndərdiyi xəbərdarlıq, buna dair poçt qəbzi və İddiaçının dövlət rüsumunu ödəməsi barədə olan mədaxil qəbzi əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu (İddiaçının Cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq hesab edir ki, İddiaçının Cavabdehə xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə hesabladığı 310,5 manat məbləğində dəbbə pulunun miqdarı Cavabdehin İddiaçıya ödəmədiyi 1035 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə həmin əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 103,5 manat məbləğində müəyyən edilməlidir. Eyni qayda ilə, İddiaçının Cavabdehə xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə hesabladığı 210,27 manat məbləğində dəbbə pulunun miqdarı Cavabdehin İddiaçıya ödəmədiyi 700,9 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə həmin əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 70,09 manat məbləğində müəyyən edilməlidir. Eyni qayda ilə, İddiaçının Cavabdehə xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə hesabladığı 130,68 manat məbləğində dəbbə pulunun miqdarı Cavabdehin İddiaçıya ödəmədiyi 435,6 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksək olduğuna görə həmin əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 43,56 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi (İddiaçının Cavabdehə hesabladığı cərimə borcunun məbləği istisna olmaqla) faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqavilələri üzrə İddiaçı qarşısında yaranmış öhdəliklərini lazımınca icra etmədiyinə, o cümlədən icranı gecikdirdiyinə, beləliklə də, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, dövlət rüsumuna görə ödənilmiş 48,23 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olaraq Cavabdehdən İddiaçının xeyrinə 39, manat tutulmalıdır. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 284- 1-284-6-cı maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-ci il tarixli müqavilə üzrə 1035 manat ödənilməmiş hissə, 103,5 manat cərimə, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 700,9 manat ödənilməmiş hissə, 70,09 manat cərimə; xx.xx.2023-ci il tarixli müqavilə 435,6 manat ödənilməmiş hissə, 43,56 manat cərimə borcu olmaqla cəmi 2295,5 manat və ödənilmiş 39,2 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-364/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-364/2025
14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver