Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-403/2024 12.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh ümumilikdə 430,1 manat borcun və 30.40 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyirinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə elektron məhkəmə vasitəsi ilə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMin 259.0.11, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın.
3. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Horadiz şəhəri Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Yaşar Həşimov