Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-410/2024 22.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 506 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın kursuna müvafiq ekvivalent manatla) əsas və 127 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın kursuna müvafiq ekvivalent manatla) cərimə borcu olmaqla, ümumilikdə, 633 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 31 manat pulun iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən sonuncu satış qiyməti 553 ABŞ dolları olan “Aplle phone XS 256gb” markalı 1 ədəd mobil telefonu nisyə satın almışdır. Cavabdeh2 iddiaçının xeyrinə ilkin olaraq 47 ABŞ dollarını ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir və nəticədə 506 ABŞ dolları əsas və 127 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, 633 ABŞ dolları borcu yaranmışdır. Həmçinin xx.xx.2023-cü il tarixli müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh1 "‘Ural İ” MMC qarşısında alıcı Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. İddiaçı direktoru Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak bilməyəcəklərini bildirərək iştirakları olmadan iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, HHA18870 nömrəli müqavilədən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış, sonuncu həmin müqaviləyə əsasən 12 ay müddətində hər ay 42 ABŞ dolları ödəmək şərtilə dəyəri 553 ABŞ dolları olan “Aplle phone XS 256gb” markalı 1 ədəd mobil telefon almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, HHA18870 nömrəli Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış və sonuncu İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2nın İddiaçınə iki müqavilə üzrə 506 ABŞ dolları əsas və 127 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, 633 ABŞ dolları borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müki Məcəllənin 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Müki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə AR MM-nin 467-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin mənafelərini nəzərə almaqla tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 127 ABŞ dolları dəbbə pulu 506 ABŞ dolları əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün cavabdehin iddiaçıya ödəmədiyi əsas borc məbləğinin 10 faizinə qədər azaldılaraq 50,6 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 50,6 ABŞ dolları məbləğində cərimə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 506 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə müvafiq ekvivalent manatla) əsas və 50,6 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə müvafiq ekvivalent manatla) cərimə borcu olmaqla, ümumilikdə, 556,6 ABŞ dolları məbləğində borc tutularaq İddiaçınə ödənilməli və iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 31 manat dövlət rüsumuna görə müvafiq olaraq müəyyən olunmuş tələblərin məbləğinə mütənasib şəkildə 3,7 manat iddiaçıdan, 27,3 manat da cavabdehdən tutulmasını əsaslı hesab edir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 506 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə müvafiq ekvivalent manatla) əsas və 50,6 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə müvafiq ekvivalent manatla) cərimə borcu olmaqla, ümumilikdə, 556,6 ABŞ dolları məbləğində borc tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 27,3 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçınə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 3,7 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-410/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-410/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver