Məhkəmə qərarları › İş №e-2(064)-744/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-744/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-744/2024 06.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında vurulmuş zərərin ödənilməsi barədə verdiyi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən subroqasiya hüququ əsasında vurulmuş zərərə görə 3770 manat və ödənilmiş dövlət rüsumuna görə 57,7 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “MERCEDES BENZ 260” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022ci il tarixinə qədər PXA **********1 saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində Cavabdeh idarə etdiyi “MERCEDES BENZ 260” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 2106” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ 2106” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Heybətov Valeh Bakıxan oğlu az ağır dərəcəli xəsarət almışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-127/2022 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.4-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunan və ya üçüncü şəxs az ağır və ya ağır xəsarət aldıqda sığorta məbləğinin 30 faizi nisbətlətində ödənilir (5000 manat bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə x 30% = 1500 manat). "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində verilmiş 6992 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 2106” markalı, **-SM-*** dövlət nömrə nişanlı avtomobilə 2270 manat zərər dəymişdir. İddiaçı xx.xx.2022-ci ildə ümumilikdə 3770 manat (2270+1500) məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X1 ödəmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş aşağıda göstərilən sənədlərin surətləri əsasında müəyyən etmişdir ki: - sığortalı X2 mülkiyyətində olan “MERCEDES BENZ 260” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər icbari sığorta növündə sığortalanmışdır (xx.xx.2021-ci il tarixli, PXA **********1 nömrəli “İcbari sığorta müqaviləsinə dair məlumat”ın surətinə əsasən); - xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində baş vermiş hadisə zamanı Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsi ilə təqsirli bilinmişdir (Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-127/2022 nömrəli hökmünün surətinə əsasən); - göstərilən inzibati xəta “VAZ 2106” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi ilə bağlı çəkilən xərc cəmi 2270 manat təşkil etmişdir ("xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 6992 nömrəli qiymətləndirmə aktının surətinə əsasən); - iddiaçı xx.xx.2022-ci ildə ümumilikdə 3770 manat (2270+1500) məbləğində sığorta ödənişini zərərçəkmiş şəxs X1 ödəmişdir (xx.xx.2022-ci il tarixli cari hesabdan çıxarışın surətinə əsasən). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 57,7 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişə görə 3770 manat, dövlət rüsumuna görə 57,7 manat məbləğində pul tutulub iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar