Məhkəmə qərarları › İş №e-2(064)-807/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-807/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-807/2025 03.07.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə (bundan sonra – Məhkəmə) müraciət edərək 1118 manat məbləğində borcun və ödənilmiş 31,18 manat dövlət rüsumunun əvəzinin Cavabdeh (bundan sonra - Cavabdeh) alınaraq İddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 iyul 2024-cü il tarixdə Cavabdeh dəyər qiyməti 320 manat olan 1 ədəd Lotus 32 smart tv M markalı televizoru alqı-satqı müqaviləsi bağladıqdan sonra 6 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mağazadan götürdüyü televizora görə hər ay mağazaya 54 manat ödəniş etməli idi. Lakin Cavabdeh mağazanın xəzinəsinə 8 ay müddət ərzində 17 manat əsas borcdan ödəmiş və 8 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 37 manat ödəniş etmişdir. Bununla da Cavabdehin halhazırda mağazanın xəzinəsinə 303 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 10 sentyabr 2024-cü il tarixdə Cavabdeh dəyər qiyməti 650 manat olan 1 ədəd Yeedi Robot K650 markalı tozsoranı və 1 ədəd Xiaomi Redmi A3 (4/128) markalı telefonu alqı-satqı müqaviləsi bağladıqdan sonra 6 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mağazadan götürdüyü tozsoran və telefona görə mağazanın xəzinəsinə 50 manat ilkin ödəniş etməli və hər ay mağazaya 100 manat ödəniş etməli idi. Lakin Cavabdeh mağazanın xəzinəsinə 50 manat ilkin ödəniş etmiş, 6 ay müddət ərzində 80 manat əsas borcdan ödəmiş və 6 ay müddət ərzində gecikdirilmiş ödənişlərin toplam cəriməsi üçün 20 manat ödəniş etmişdir. Bununla da Cavabdehin halhazırda mağazanın xəzinəsinə 520 manat əsas borcu yaranmışdır. Növbəti dəfə 30 oktyabr 2024-cü il tarixdə Cavabdeh dəyər qiyməti 295 manat olan 1 ədəd Xiaomi Redmi A3 (4/128) markalı telefonu alqı-satqı müqaviləsi bağladıqdan sonra 6 ay müddətinə kreditə götürmüşdür. Aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mağazadan götürdüyü telefona görə hər ay mağazaya 50 manat ödəniş etməli idi. Lakin Cavabdeh mağazanın xəzinəsinə 5 ay müddət ərzində heç bir ödəniş etməmişdir. Bununla da Cavabdehin hal-hazırda mağazanın xəzinəsinə 295 manat əsas borcu yaranmışdır. Müqavilənin icrasından irəli gələn mübahisələri danışıq yolları ilə həll etmək mümkün olmadığı üçün İddiaçı ünvan 1 ünvanına məktub göndərərək mağazaya vurduğu ziyanı ödəməsini tələb etsə də, Cavabdeh bundan qəsdən imtina etmiş mübahisənin danışıq yolu ilə nizama salınmasını istəməmiş və heç bir əlaqə saxlamamışdır. İddiaçı Məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbinin düzgün həll edilməsi məqsədilə, işin müəyyən edilmiş faktiki hallarına tətbiq edilməli olan qanunvericilik normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tərəflərin işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Məhkəmə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli alqısatqı müqavilələri, ödəniş cədvəlləri və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu əsasında işin faktiki hallarının İddiaçının ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Belə olan halda, İddiaçı haqlı olaraq Məhkəməyə müraciət etmişdir. Beləliklə iş materialları əsasında müəyyən olunur ki, tərəflər arasında nisyə alqısatqı müqaviləsi bağlanmış, lakin Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq müqavilə üzrə müəyyən olunmuş öhdəliyini yerinə yetirməyərək İddiaçıdan aldığı məhsulların dəyərini tam ödəməmişdir. Bu barədə Cavabdeh məhkəməyəqədərki dövrdə məlumatlandırılmışdır. Belə olan halda, Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdehdən İddiaçının xeyrinə 1118 manat məbləğində borcun əvəzi tutulmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də Məhkəmə belə qənaətə gəlir ki, dövlət rüsumuna görə ödənilmiş 31,16 manat məbləğində məhkəmə xərcinin tələbin təmin edilmiş məbləğinə mütənasib olaraq Cavabdehdən tutulmalıdır. Odur ki, Məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232, 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1118 manat məbləğində pul və ödənilmiş 31,18 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar