Məhkəmə qərarları › İş №e-2(064)-828/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-828/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-828/2025 05.03.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı İB-nin Cavabdeh qarşı qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı İB Cavabdeh qarşı qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddiaçı prosessual qanunvericiliyin imperativ nоrmasının tələbində qeyd edilənlərin əksinə оlaraq, iddia ərizəsində məhkəmə iclasına dəvət edilməli оlan cavabdehin rəsmi qeydə alındığı ünvanı göstərsə də, eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) yaşayış yerini və ya olduğu yeri, yazışmaların aparılmasının istənildiyi digər ünvanı göstərməmiş, eləcə də cavabdehlərin iş yerinin, telefon nömrələrinin, o cümlədən mobil telefon nömrələrinin, elektron poçt ünvanının оlmadığını qeyd etməmiş və ya bu barədə məlumatları göstərməmişdir. İddiaçı eyni zamanda hazırki tələbin ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxılması halının təsdiqi üçün cavabdeh olaraq qeyd etdiyi Cavabdeh Füzuli rayonunun ərazisində qeydiyyatda olmasına dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin prosessual qanunvericiliyin nоrmasından da göründüyü kimi, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, poçt ünvanları, faktiki yaşayış yeri, telefon nömrəsi göstərilməlidir. Bu, işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. MPM-in 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd sənədlər əlavə edilir. Qeyd edirəm ki, məhkəməyə hazırki iddia ilə müraciət etməsi üçün iddiaçı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödəməsini təsdiq edən sənəd də əlavə edilməmişdir. Bundan əlavə, iddiaçı cavabdehdən tələb etdiyi hazırki borcun yaranmasına əsas olmuş qazın alqı-satqına dair müqavilə və İddiaçı İB-nin abonenti olmasına dair digər sənədləri ərizəyə sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən ərizədə həmçinin ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəməyə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilmədən verilmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldım: İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar