Məhkəmə qərarları › İş №e-2(064)-84/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-84/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-84/2024 29.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə kiçik iddialara dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 125,4 manat ödənilməmiş hissə, 76,6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 291 manat ödənilməmiş hissə, 25 manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 106,7 manat ödənilməmiş hissə, 45,3 manat cərimə; xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2401,04 manat ödənilməmiş hissə, 211,96 manat cərimə; xx.xx.2023cü il tarixli müqavilə üzrə 1787,14 manat ödənilməmiş hissə, 138,86 manat cərimə olmaqla, ümumilikdə 5209 manat və ödənilmiş dövlət rüsumuna görə 72,09 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, cavabdeh aldığı “Marvin ML” markalı çarpayıya görə 24 ay ödəniş cədvəli üzrə hər ay 44,6 manat olmaqla cəmi 1070,4 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “LG LED” markalı televizora görə 24 ay ödəniş cədvəli üzrə hər ay 73 manat olmaqla cəmi 1874 manat; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “GORENJE” markalı ətçəkənə görə 24 ay ödəniş cədvəli üzrə hər ay 16,25 manat olmaqla cəmi 390 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “SAMSUNG GALAXY S22” markalı telefon və aksessuarlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 141,28 manat olmaqla cəmi 2543 manat; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “SAMSUNG GALAXY S21” markalı telefon və aksessuarlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 111,73 manat olmaqla cəmi 2011,2 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və ümumilikdə iddiaçıya 5209 manat borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 496 manat təşkil edir. Məhkəmə iclasında: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki: - cavabdeh iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə “Marvin ML” markalı çarpayı almışdır (xx.xx.2021-ci il tarixli, 23111554 nömrəli alğı-satqı müqaviləsinin surəti əsasında); - cavabdeh qeyd olunan məhsulu (“Marvin ML” markalı çarpayı) tam qüsursuz təhvil amlışdır (xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surəti əsasında); - cavabdeh qeyd olunan məhsul üçün (“Marvin ML” markalı çarpayı) illkin ödəniş də daxil olmaqla, cəmi 1070,4 manat ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2021-ci il tarixli müqaviləyə edilmiş əlavənin surəti əsasında); - cavabdeh iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə “LG LED” markalı televizor almışdır (xx.xx.2021-ci il tarixli, 23155369 nömrəli alğı-satqı müqaviləsinin surəti əsasında); - cavabdeh qeyd olunan məhsulu (“LG LED” markalı televizor) tam qüsursuz təhvil amlışdır (xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surəti əsasında); - cavabdeh qeyd olunan məhsullar üçün (“LG LED” markalı televizor) illkin ödəniş də daxil olmaqla, cəmi 1874 manat ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2021-ci il tarixli müqaviləyə edilmiş əlavənin surəti əsasında); - cavabdeh iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə “GORENJE” markalı ətçəkən almışdır (xx.xx.2021-ci il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinin surəti əsasında); - cavabdeh qeyd olunan məhsulu (“GORENJE” markalı ətçəkən) tam qüsursuz təhvil amlışdır (xx.xx.2021-ci il tarixli təhvil-təslim aktının surəti əsasında); - cavabdeh qeyd olunan məhsul üçün (“GORENJE” markalı ətçəkən) illkin ödəniş də daxil olmaqla, cəmi 390 manat ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2021-ci il tarixli müqaviləyə edilmiş əlavənin surəti əsasında); - cavabdeh iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə “SAMSUNG GALAXY S22” markalı telefon və aksessuarlar almışdır (xx.xx.2023-cü il tarixli, 02654160 nömrəli alğı-satqı müqaviləsinin surəti əsasında); - cavabdeh qeyd olunan məhsulları (“SAMSUNG GALAXY S22” markalı telefon və aksessuarlar) tam qüsursuz təhvil amlışdır (xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surəti əsasında); - cavabdeh qeyd olunan məhsullar üçün (“SAMSUNG GALAXY S22” markalı telefon və aksessuarlar) illkin ödəniş də daxil olmaqla, cəmi 2543 manat ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2023-cü il tarixli müqaviləyə edilmiş əlavənin surəti əsasında); - cavabdeh iddiaçıdan dəyərini hissə-hissə ödəmək şərti ilə “SAMSUNG GALAXY S21” markalı telefon və aksessuarlar almışdır (xx.xx.2023-cü il tarixli, 02654159 nömrəli alğı-satqı müqaviləsinin surəti əsasında); - cavabdeh qeyd olunan məhsulları (“SAMSUNG GALAXY S21” markalı telefon və aksessuarlar) tam qüsursuz təhvil amlışdır (xx.xx.2023-cü il tarixli təhvil-təslim aktının surəti əsasında); - cavabdeh qeyd olunan məhsullar üçün (“SAMSUNG GALAXY S21” markalı telefon və aksessuarlar) illkin ödəniş də daxil olmaqla, cəmi 2011,2 manat ödəməyi öhdəsinə götürmüşdür (xx.xx.2023-cü il tarixli müqaviləyə edilmiş əlavənin surəti əsasında); - cavabdehin ümumilikdə iddiaçıya 4711,28 manat əsas və 497,72 manat cərimə olmaqla, cəmi 5209 manat borcu yaranmışdır (xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surəti əsasında). Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənəsübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçının tələb etdiyi 497,72 manat cərimə borcu 4711,28 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalı və 471 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırki iş üzrə məhkəmə xərci iddiaçının dövlət rüsumuna görə ödədiyi 72,09 manatdan ibarətdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 72,09 manat dövlət rüsumunun 1,12 manatı iddiaçıya, 70,97 manatı cavabdehə aid edilməlidir. Odur ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən və AR MPM-in 216-232, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə ümumilikdə 4711,28 əsas, 471 manat cərimə olmaqla, cəmi 5128,28 manat və ödənilmiş dövlət rüsumuna görə 70,97 manat məbləğində pul tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar