Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-853/2025 01.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı verdiyi borcun ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC (bundan sonra - İddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehdən İddiaçının xeyrinə cəmi 258 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçınnın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 263.2-ci maddəsinə əsasən məhkəmə iddianı baxılmamış saxladıqda qərardad çıxarır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin mövcud olan prosessual halına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçının verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı verdiyi borcun ödənilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-853/2025
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-853/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver