Məhkəmə qərarları › İş №e-2(064)-856/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-856/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-856/2024 03.05.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh Mübariz oğluna qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mübariz oğlundan 250 manat məbləğində əsas borc, 50 manat məbləğində dəbbə pulu (cərimə borcu), mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün müvafiq olaraq ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilə birlikdə 330 (üş yüz otuz manat ) manat məbləğində borcun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in: - 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: - 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat. Məhkəmə göstərilən qanunvericilik normaları və ərizənin məzmunu ilə bağlı hallara əsaslanaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədlər birlikdə iddiaçıya geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Repsublikası MPM-in 263, 264, 266- 269-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin İddiaçı MMC-nin Cavabdeh Mübariz oğluna qarşı verdiyi “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı MMC-yə iddia ərizəsinin qaytarılması üçün əsas olan Azərbaycan Respublikası MPM-in 149.2.4-cü maddəsində nəzərdə tutulmuş tələbə riayət etməsini təsdiq edən sənədi əlavə etməklə aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar