Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-966/2024 12.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh xx.xx.2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə yaranmış 4751,63 manat əsas, 24,49 manat gecikdirilmiş mükafat, 220,67 manat dəbbə pulu olmaqla cəmi 4996,79 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 69,97 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3131 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir. 29 yanvar 2022-ci il tarixdə X2, X3 və İddiaçı MMC arasında MAS-3131 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 yanvar 2021-ci il tarixli MAS-3131 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri O.Rzayev öz üzərinə götürmüşdür. 26 fevral 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-3131 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 yanvar 2021-ci il tarixli MAS-3131 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 dekabr 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyəti düşmüş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobil tam yararsız vəziyyətə düşmüşdür. X1 “Daxili lizinq” müqaviləsi üzrə 18 dekabr 2023-cü il tarixə borcu əsas məbləğ üzrə 4751.63 manat, gecikdirilmiş mükafat məbləği üzrə 24.49 manat və həmin günə hesablanmış 220.67 manat dəbbə pulu, ümumilikdə 4996.79 manat təşkil edir. “Daxili Lizinq” müqaviləsinin 5.4-cü bəndinə əsasən, lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cərməni isə məhv olma anına ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etmək və lizinq verənin mülkiyyətinə rəsmiləşdirməyi dərhal həyata keçirməlidir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Məhkəmə iclasında: İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, MAS-3131 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020ci il buraxılışlı, “Khazar SD" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir. 29 yanvar 2022-ci il tarixdə X2, X3 və İddiaçı MMC arasında MAS-3131 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 yanvar 2021-ci il tarixli MAS- 3131 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri O.Rzayev öz üzərinə götürmüşdür. 26 fevral 2022-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS- 3131 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 09 yanvar 2021-ci il tarixli MAS-3131 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Khazar SD” minik marks **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 18 dekabr 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyəti düşmüş, servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən də avtomobilin tam yararsız vəziyyətə düşdüyü müəyyən olunur. X1 “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektin tam yararsız vəziyyətə düşdüyü 18 dekabr 2023-cü il tarixə borcu əsas məbləğ üzrə 4751.63 manat, gecikdirilmiş mükafat məbləği üzrə 24.49 manat və həmin günə hesablanmış 220.67 manat dəbbə pulu, ümumilikdə 4996.79 manat təşkil edir. Belə olan halda, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla və müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinin tələbinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-7.1-ci maddəsinə görə lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndində göstərilir ki, təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunmaqla cavabdehdən iddiaçının xeyrinə 4996,79 manat pul tutulmalıdır. Bundan başqa, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 69,97 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2021-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə yaranmış 4751,63 manat əsas, 24,49 manat gecikdirilmiş mükafat, 220,67 manat dəbbə pulu olmaqla cəmi 4996,79 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 69,97 manat tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-966/2024
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-966/2024
12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver