Azərbaycan Respublikası adından QƏRARDAD Xankəndi Şəhəri İş № e-2(065)-10/2024 24.10.2024 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 iyul 2024-cü il tarixli 4105 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 2571 manat əsas borcun, 21,45 manat faiz borcunun və 46 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə arasında olan mülki hüquq münasibətini məhkəmədən kənra həll etdiklərini bildirmiş və buna görə də iddia ərizəsinin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən “İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə” məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən “İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır”. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının müvafiq məzmunlu ərizəsi təmin edilməli və ərizə baxılmamış saxlanılmalıdır. QƏT ETDİ: İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(065)-10/2024
Xankəndi Şəhər Məhkəməsi Qərardad — İş №e-2(065)-10/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver