Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № e-2(065)-14/2025 08.04.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə İddiaçı (bundan sonra – İddiaçı MMC) cavabdeh X3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X3 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13 sentyabr 2023-cü il tarixli 02675829 nömrəli müqavilə üzrə 5223,42 manat borcun, 1567,03 manat cərimənin və 87,91 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə bağlanmış 13 sentyabr 2023-cü il tarixli 02675829 nömrəli müqaviləyə əsasən ona hər ay 290,19 manat ödəməsi şərti ilə 18 ay müddətinə mobil telefon aparatı və adapter satılmışdır. Müqaviləyə görə cavabdeh müəyyən olunmuş müddətdə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun iddiaçıya ümumilikdə 5223,45 manat borcu və 1567,03 manat cəriməsi yaranmışdır. Cəmiyyət tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş X4 gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasını nəzərə alaraq, işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə X4 arasında bağlanmış 13 sentyabr 2023-cü il tarixli 02675829 nömrəli müqavilə və həmin müqaviləyə edilmiş əlavəyə əsasən sonuncuya hər ay 290,19 manat ödəməsi şərti ilə 18 ay müddətinə mobil telefon aparatı və adapter satılmışdır. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, İddiaçı MMC tərəfindən həmin tarixdə 13 sentyabr 2023-cü il tarixli 02675829 nömrəli müqavilənin predmeti olan mobil telefon aparatı və adapter X3 təhvil verilmişdir. İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 həmin tarixə 13 sentyabr 2023-cü il tarixli 02675829 nömrəli müqavilə üzrə 5223,42 manat borcu və 1567,03 manat cəriməsi var. İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, cavabdeh X4 İddiaçı MMC-yə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 29 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət rüsumu olaraq 87,91 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 600.1-ci maddəsinə əsasən, «Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, «Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsas borcu tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun çox yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı 13 sentyabr 2023-cü il tarixli 02675829 nömrəli müqavilə üzrə 40 manata qədər azaldılmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 87,91 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddianın qiyməti məhkəmə xərcinin məbləği istisna olmaqla 6790,45 manat təşkil edir. İddiaçının hazırkı qətnamə ilə ödənilən tələbi isə 5263,42 manatdır ki, bu da iddia qiymətinin təqribi 77,5 faizini təşkil edir. Qanunvericiliyi yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 87,91 manat məbləğində dövlət rüsumunun 77,5 faizi (68 manat) cavabdehə, 22,5 faizi isə (19,91 manat) iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 5223,42 manat əsas borc, 40 manat cərimə, habelə 68 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qeyd olunan dövlət rüsumunun 19,91 manatlıq hissəsi iddiaçı «İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xankəndi Şəhər Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(065)-14/2025
Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(065)-14/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver