Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № e-2(065)-20/2025 17.03.2025 Mən ‒ Xankəndi Şəhər Məhkəməsinin hakimi Abdullayev İlkin Qismət oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “Xalq Sığorta» ASC) Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Xalq Sığorta» ASC Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 270 manat pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Xalq Sığorta» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh istifadəsində olan və RXA********** nömrəli sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Toyota Corolla” markalı 77BT467 dövlət qeydiyyat nişanlı avtomobili 23 yanvar 2023-cü ildə saat 09.30-da Bakı şəhəri M.Əliyev küçəsində idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla “Toyota Avensis” markalı 99HX946 və “Nissan Tida” markalı 90OV870 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, hadisə nəticəsində avtomobillərə müvafiq olaraq 160 manat və 110 manat ziyan yetirərək, yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. “İnzibati tənbeh vermə haqqında” 24 yanvar 2023-cü il tarixli ******* nömrəli qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. PXA132824/23 və PXA132827/23 nömrəli aktlara əsasən zərərçəkmişlərə dəymiş ziyana görə ümumilikdə 270 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh baş vermiş sığorta hadisəsi zamanı hadisə hadisə yerindən yayındığı üçün iddiaçının sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Cəmiyyət tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) pulun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki- Prosessual Məcəlləsi) 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1, 284-5.2, 284-5.3-cü maddələrinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir», «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər», «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Mülki-Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir».Məhkəmə, iddiaçı “Xalq Sığorta» ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “İcbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, “Toyota Corolla” markalı 77BT467 dövlət qeydiyyat nişanlı avtomobil “Xalq Sığorta» ASC tərəfindən RXA********** nömrəli sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə xx.xx.2022-ci ildə 12 ay müddətinə sığortalanmışdır. İş materiallarında olan “İnzibati tənbeh vermə haqqında” 24 yanvar 2023-cü il tarixli ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan “AutoBox” avtomobil servisi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 888 nömrəli və xx.xx.2023-cü il tarixli 1170 nömrəli qiymətləndirmə aktlarından görünür ki, qeyd olunan inzibati xəta nəticəsində müvafiq olaraq “Toyota Avensis” markalı 99HX946 dövlət qeydiyyat nişanlı avtomobilə 160 manat və “Nissan Tida” markalı 90OV870 dövlət qeydiyyat nişanlı avtomobilə 110 manat maddi ziyan dəymişdir. İş materiallarında olan PXA132824 nömrəli sığorta aktından və xx.xx.2024-cü il tarixli kart hesabından çıxarışdan görünür ki, “Xalq Sığorta» ASC tərəfindən “Toyota Avensis” markalı 99HX946 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə, həmin avtomobilin sürücüsünə 160 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan PXA132827 nömrəli sığorta aktından və xx.xx.2024-cü il tarixli kart hesabından çıxarışdan görünür ki, “Xalq Sığorta» ASC tərəfindən “Nissan Tida” markalı 90OV870 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə, həmin avtomobilin sürücüsünə 110 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli ıə xx.xx.2023cü il tarixli məktublardan görünür ki, Cavabdeh “Xalq Sığorta» ASC-yə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı “Xalq Sığorta» ASC tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən “Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən “Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur”. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 270 manat pul “Xalq Sığorta» ASC-nin xeyrinə tutulmalıdır. Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 270 manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xankəndi Şəhər Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(065)-20/2025
Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(065)-20/2025
17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver