Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № e-2(065)-21/2025 03.04.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən cavabdehdən 11 may 2024-ci il tarixli 05022687 nömrəli müqavilə üzrə 211,70 manat borc və 105,85 manat cərimənin, 05 iyul 2024-ci il tarixli 13687458 nömrəli müqavilə üzrə 120 manat borc və 60 manat cərimənin, 05 iyul 2024-ci il tarixli 15965995 nömrəli müqavilə üzrə 129,96 manat borc və 64,98 manat cərimənin, 10 iyul 2024-ci il tarixli 10758238 nömrəli müqavilə üzrə 642,06 manat borc və 321,03 manat cərimənin, 12 iyul 2024-ci il tarixli 10737487 nömrəli müqavilə üzrə 1790,10 manat borc və 895,05 manat cərimənin, 15 iyul 2024-ci il tarixli 14027019 nömrəli müqavilə üzrə 1415,06 manat borc və 707,53 manat cərimənin, habelə 84,64 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış müqavilələrə əsasən ona – 11 may 2024-ci il tarixli 05022687 nömrəli müqavilə üzrə hər ay 53,34 manat ödəməsi şərti ilə 6 ay müddətinə 2 ədəd PS5 Dualsense, 05 iyul 2024-ci il tarixli 13687458 nömrəli müqavilə üzrə hər ay 10 manat ödəməsi şərti ilə 12 ay müddətinə PS5 Dualsense, 05 iyul 2024-ci il tarixli 15965995 nömrəli müqavilə üzrə hər ay 10,83 manat ödəməsi şərti ilə 12 ay müddətinə PS5 Dualsense, 10 iyul 2024-ci il tarixli 10758238 nömrəli müqavilə üzrə hər ay 35,67 manat ödəməsi şərti ilə 18 ay müddətinə robot tozsoran, 12 iyul 2024-ci il tarixli 10737487 nömrəli müqavilə üzrə hər ay 150 manat ödəməsi şərti ilə 12 ay müddətinə Playstation 5 slım və 2 ədəd PS5 Dualsense, 15 iyul 2024-ci il tarixli 14027019 nömrəli müqavilə üzrə hər ay 157,34 manat ödəməsi şərti ilə 9 ay müddətinə Playstation 5 SLİM və PS5 Dualsense satılmışdır. Müqavilələrə əsasən cavabdeh müəyyən olunmuş müddətdə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun iddiaçıya ümumilikdə 4308,88 manat borcu və 2154,44 manat cəriməsi yaranmışdır. Cəmiyyət tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasını nəzərə alaraq, işə onların iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2024ci il tarixli 15965995 nömrəli müqavilə və həmin müqaviləyə edilmiş əlavəyə əsasən sonuncuya hər ay 10,83 manat ödəməsi şərti ilə 12 ay müddətinə PS5 Dualsense satılmışdır. İş materiallarında olan 05 iyul 2024-ci il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, İddiaçı MMC tərəfindən həmin tarixdə 05 iyul 2024-ci il tarixli 15965995 nömrəli müqavilənin predmeti olan PS5 Dualsense Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyul 2024ci il tarixli 13687458 nömrəli müqavilə və həmin müqaviləyə edilmiş əlavəyə əsasən sonuncuya hər ay 10 manat ödəməsi şərti ilə 12 ay müddətinə PS5 Dualsense satılmışdır. İş materiallarında olan 05 iyul 2024-ci il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, İddiaçı MMC tərəfindən həmin tarixdə 05 iyul 2024-ci il tarixli 13687458 nömrəli müqavilənin predmeti olan PS5 Dualsense Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2024ci il tarixli 10758238 nömrəli müqavilə və həmin müqaviləyə edilmiş əlavəyə əsasən sonuncuya hər ay 35,67 manat ödəməsi şərti ilə 18 ay müddətinə robat tozsoran satılmışdır. İş materiallarında olan 10 iyul 2024-ci il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, İddiaçı MMC tərəfindən həmin tarixdə 10 iyul 2024-ci il tarixli 10758238 nömrəli müqavilənin predmeti olan robat tozsoran Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11 may 2024-ci il tarixli 05022687 nömrəli müqavilə və həmin müqaviləyə edilmiş əlavəyə əsasən sonuncuya hər ay 53,34 manat ödəməsi şərti ilə 6 ay müddətinə 2 ədəd PS5 Dualsense satılmışdır. İş materiallarında olan 11 may 2024-ci il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, İddiaçı MMC tərəfindən həmin tarixdə 11 may 2024-ci il tarixli 05022687 nömrəli müqavilənin predmeti olan 2 ədəd PS5 Dualsense Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2024ci il tarixli 10737487 nömrəli müqavilə və həmin müqaviləyə edilmiş əlavəyə əsasən sonuncuya hər ay 150 manat ödəməsi şərti ilə 12 ay müddətinə Playstation 5 slım və 2 ədəd PS5 Dualsense satılmışdır. İş materiallarında olan 12 iyul 2024-ci il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, İddiaçı MMC tərəfindən həmin tarixdə 12 iyul 2024-ci il tarixli 10737487 nömrəli müqavilənin predmeti olan Playstation 5 slım və 2 ədəd PS5 Dualsense Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2024ci il tarixli 14027019 nömrəli müqavilə və həmin müqaviləyə edilmiş əlavəyə əsasən sonuncuya hər ay 157,34 manat ödəməsi şərti ilə 9 ay müddətinə Playstation 5 SLİM və PS5 Dualsense satılmışdır. İş materiallarında olan 15 iyul 2024-ci il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, İddiaçı MMC tərəfindən həmin tarixdə 15 iyul 2024-ci il tarixli 14027019 nömrəli müqavilənin predmeti olan Playstation 5 SLİM və PS5 Dualsense Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 11 may 2024-ci il tarixli 05022687 nömrəli müqavilə üzrə 211,70 manat borcu və 105,85 manat cəriməsi, 05 iyul 2024-ci il tarixli 13687458 nömrəli müqavilə üzrə 120 manat borcu və 60 manat cəriməsi, 05 iyul 2024-ci il tarixli 15965995 nömrəli müqavilə üzrə 129,96 manat borcu və 64,98 manat cəriməsi, 10 iyul 2024-ci il tarixli 10758238 nömrəli müqavilə üzrə 642,06 manat və 321,03 manat cəriməsi, 12 iyul 2024-ci il tarixli 10737487 nömrəli müqavilə üzrə 1790,10 manat borcu və 895,05 manat cəriməsi, 15 iyul 2024-ci il tarixli 14027019 nömrəli müqavilə üzrə 1415,06 manat borcu və 707,53 manat cəriməsi var. İş materiallarında olan 31 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 11 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət rüsumu olaraq 84,64 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 600.1-ci maddəsinə əsasən, «Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, «Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsas borcu tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun çox yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun miqdarı 11 may 2024-ci il tarixli 05022687 nömrəli və 05 iyul 2024-ci il tarixli 13687458 nömrəli müqavilələrin hər biri üzrə 5 manata, 05 iyul 2024-ci il tarixli 15965995 nömrəli və 10 iyul 2024-ci il tarixli 10758238 nömrəli müqavilələrin hər biri üzrə 10 manata, 12 iyul 2024-ci il tarixli 10737487 nömrəli və 15 iyul 2024-ci il tarixli 14027019 nömrəli müqavilələrin hər biri üzrə 15 manata qədər azaldılmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 84,64 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddianın qiyməti məhkəmə xərcinin məbləği istisna olmaqla 6463,32 manat təşkil edir. İddiaçının hazırkı qətnamə ilə ödənilən tələbi isə 4368,88 manatdır ki, bu da iddia qiymətinin təqribi 67 faizini təşkil edir. Qanunvericiliyi yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 84,64 manat məbləğində dövlət rüsumunun 67 faizi (57 manat) cavabdehə, 33 faizi isə (27,64 manat) iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4308,88 manat əsas borc, 60 manat cərimə, habelə 57 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qeyd olunan dövlət rüsumunun 27,64 manatlıq hissəsi iddiaçı «İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xankəndi Şəhər Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(065)-21/2025
Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(065)-21/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver