Məhkəmə qərarları › İş №e-2(065)-60/2025

Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(065)-60/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № e-2(065)-60/2025 28.08.2025 Mən ‒ Xankəndi Şəhər Məhkəməsinin hakimi Abdullayev İlkin Qismət oğlu İddiaçı (bundan sonra – İddiaçı MMC) Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 04 iyul 2024-ci il tarixli 06471709 nömrəli müqavilə üzrə 350,36 manat borcun, 35,04 manat cərimənin, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsumunun, həmin müqaviləyə 23 noyabr 2024-cü il əlavə üzrə 1966,84 manat borcun 196,68 manat cərimənin, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat rüsumunun və 45,97 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 04 iyul 2024-ci il tarixli 06471709 nömrəli müqaviləyə əsasən sonuncuya hər ay 50,17 manat ödəməsi şərti ilə 12 ay müddətinə mobil telefon aparatı, həmin müqaviləyə 23 noyabr 2024-cü il tarixli əlavəyə əsasən sonuncuya hər ay 112,38 manat ödəməsi şərti ilə 18 ay müddətinə mobil telefon aparatı, qol saatı və adapter satılmışdır. Müqavilələrə əsasən cavabdeh müəyyən olunmuş müddətdə öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun hər iki müqavilə üzrə iddiaçıya ümumilikdə 2317,2 manat borcu və 278,92 manat cəriməsi yaranmışdır. Cəmiyyət tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki- Prosessual Məcəlləsi) 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1, 284-5.2, 284-5.3-cü maddələrinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir», «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər», «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Mülki-Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir».Məhkəmə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2024-ci il tarixli 06471709 nömrəli müqavilə və həmin müqaviləyə edilmiş əlavəyə əsasən sonuncuya hər ay 50,17 manat ödəməsi şərti ilə 12 ay müddətinə müddətinə mobil telefon aparatı satılmışdır. Müqavilədə həmçinin ödənişin gecikdirildiyi hər gün üçün 1 faiz həcmində cərimə nəzərdə tutulmuşdur. İş materiallarında olan 04 iyul 2024-ci il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, İddiaçı MMC tərəfindən həmin tarixdə 04 iyul 2024-ci il tarixli 06471709 nömrəli müqavilənin predmeti olan mobil telefon aparatı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2024ci il tarixli 06471709 nömrəli müqaviləyə 23 noyabr 2024-cü il tarixli əlavəyə əsasən sonuncuya hər ay 112,38 manat ödəməsi şərti ilə 18 ay müddətinə mobil telefon aparatı, qol saatı və adapter satılmışdır. Müqavilədə həmçinin ödənişin gecikdirildiyi hər gün üçün 1 faiz həcmində cərimə nəzərdə tutulmuşdur. İş materiallarında olan 23 noyabr 2024-ci il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, İddiaçı MMC tərəfindən həmin tarixdə qeyd olunan tarixli əlavənin predmeti olan mobil telefon aparatı, qol saatı və adapter Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 21 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə İddiaçı MMC-yə 2317,2 manat borcu və 278,92 manat cəriməsi var. İş materiallarında olan 19 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 23 iyul 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət rüsumu olaraq 45,97 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 600.1-ci maddəsinə əsasən, «Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, «Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əsas borcu tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun çox yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, 04 iyul 2024-ci il tarixli 06471709 nömrəli müqavilə üzrə 10 manat, həmin müqaviləyə 23 noyabr 2024-cü il tarixli əlavəsi üzrə də 10 manata qədər qədər azaldılmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 45,97 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddianın qiyməti məhkəmə xərcinin məbləği istisna olmaqla 2596,12 manat təşkil edir. İddiaçının hazırkı qətnamə ilə ödənilən tələbi isə 2337,2 manatdır ki, bu da iddia qiymətinin təqribi 90,02 faizini təşkil edir. Qanunvericiliyi yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 45,97 manat məbləğində dövlət rüsumunun 90,02 faizi (41,38 manat) cavabdehə, 9,98 faizi isə (4,59 manat) iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2337,2 manat borc, 20 manat cərimə və 41,38 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qeyd olunan dövlət rüsumunun 4,59 manatlıq hissəsi iddiaçı «İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xankəndi Şəhər Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar