Azərbaycan Respublikası adından QƏTNAMƏ Xankəndi Şəhəri İş № e-2(065)-67/2025 08.10.2025 Mən ‒ Xankəndi Şəhər Məhkəməsinin hakimi Abdullayev İlkin Qismət oğlu İddiaçı (bundan sonra – "xxxx" MMC) Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13 sentyabr 2023-cü il tarixli BL961257 nömrəli nisyə-satış müqaviləsi üzrə 317,99 manat borcun, 27 may 2024-ci il tarixli BE107900 nömrəli nisyə-satış müqaviləsi üzrə 185,99 manat borcun, 26 iyul 2024-ci il tarixli BE147344 nömrəli nisyə-satış müqaviləsi üzrə 288,59 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 13 sentyabr 2023-cü il tarixli BL961257 nömrəli nisyə-satış müqaviləsinə əsasən sonuncuya hər ay 53 manat ödəməsi şərti ilə 18 ay müddətinə paltaryuyan, 27 may 2024-ci il tarixli BE107900 nömrəli nisyə-satış müqaviləsinə əsasən sonuncuya hər ay 15 manat ödəməsi şərti ilə 18 ay müddətinə mobil telefon aparatı, 26 iyul 2024-ci il tarixli BE147344 nömrəli nisyə-satış müqaviləsinə əsasən sonuncuya hər ay 19 manat ödəməsi şərti ilə 18 ay müddətinə mobil telelfon aparatı satılmışdır. Müqaviləyə əsasən cavabdeh müəyyən olunmuş müddətdə öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 792,57 manat borcu yaranmışdır. Cəmiyyət tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – Mülki- Prosessual Məcəlləsi) 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1, 284-5.2, 284-5.3-cü maddələrinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir», «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər», «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Mülki-Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir».Məhkəmə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh ilə arasında bağlanmış 13 sentyabr 2023-cü il tarixli BL961257 nömrəli nisyə-satış müqaviləsi və həmin müqavilənin 1 saylı əlavəsinə əsasən sonuncuya hər ay 53 manat ödəməsi şərti ilə 18 ay müddətinə paltaryuyan satılmışdır. Müqavilədə həmçinin ödənişin gecikdirildiyi hər gün üçün 1 faiz həcmində cərimə nəzərdə tutulmuşdur. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, "xxxx" MMC tərəfindən həmin tarixdə 13 sentyabr 2023-cü il tarixli BL961257 nömrəli nisyə-satış müqaviləsinin predmeti olan paltaryuyan Cavabdeh təhvil verilmişdir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh ilə arasında bağlanmış 27 may 2024-ci il tarixli BE107900 nömrəli nisyə-satış müqaviləsi və həmin müqavilənin 1 saylı əlavəsinə əsasən sonuncuya hər ay 15 manat ödəməsi şərti ilə 18 ay müddətinə mobil telefon aparatı satılmışdır. Müqavilədə həmçinin ödənişin gecikdirildiyi hər gün üçün 1 faiz həcmində cərimə nəzərdə tutulmuşdur. İş materiallarında olan 27 may 2024-ci il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, "xxxx" MMC tərəfindən həmin tarixdə 27 may 2024-ci il tarixli BE107900 nömrəli nisyə-satış müqaviləsinin predmeti olan mobil telefon aparatı Cavabdeh təhvil verilmişdir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh ilə arasında bağlanmış 26 iyul 2024-ci il tarixli BE147344 nömrəli nisyə-satış müqaviləsi və həmin müqavilənin 1 saylı əlavəsinə əsasən sonuncuya hər ay 19 manat ödəməsi şərti ilə 18 ay müddətinə mobil telelfon aparatı satılmışdır. Müqavilədə həmçinin ödənişin gecikdirildiyi hər gün üçün 1 faiz həcmində cərimə nəzərdə tutulmuşdur. İş materiallarında olan 26 iyul 2024-ci il tarixli “Əşyaların təhvil-təslim aktı”ndan görünür ki, "xxxx" MMC tərəfindən həmin tarixdə 26 iyul 2024-ci il tarixli BE147344 nömrəli nisyə-satış müqaviləsinin predmeti olan mobil telelfon aparatı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 02 sentyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 13 sentyabr 2023-cü il tarixli BL961257 nömrəli nisyə-satış müqaviləsi üzrə həmin tarixə 317,99 manat borcu, 27 may 2024-ci il tarixli BE107900 nömrəli nisyə-satış müqaviləsi üzrə 185,99 manat borcun, 26 iyul 2024-ci il tarixli BE147344 nisyə-satış müqaviləsi üzrə 288,59 manat borcu ümümilikdə İddiaçı MMC-yə 792,57 manat borcu var. İş materiallarında olan 05 iyun 2025-ci il tarixli məktublardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 01 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 600.1-ci maddəsinə əsasən, «Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir». Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, «Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur». Eyni Məcəllənin 600.4-cü maddəsinə əsasən, «Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər». Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, «Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun». Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, «Öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Eyni Məcəllənin 465.2-ci maddəsinə əsasən, «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər». Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 13 sentyabr 2023-cü il tarixli BL961257 nömrəli nisyəsatış müqaviləsi üzrə 317,99 manat borcu, 27 may 2024-ci il tarixli BE107900 nömrəli nisyə-satış müqaviləsi üzrə 185,99 manat borcun, 26 iyul 2024-ci il tarixli BE147344 nisyəsatış müqaviləsi üzrə 288,59 manat borcun ümümilikdə 792,57 manat borcu "xxxx" MMCnin xeyrinə tutulmalıdır. Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 13 sentyabr 2023-cü il tarixli BL961257 nömrəli nisyə-satış nisyə-satış müqaviləsi üzrə 317,99 manat, 27 may 2024-ci il tarixli BE107900 nömrəli nisyə-satış müqaviləsi üzrə 185,99 manat, 26 iyul 2024-ci il tarixli BE147344 nisyə-satış müqaviləsi üzrə 288,59 manat, ümümilikdə 792,57 manat pul və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xankəndi Şəhər Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(065)-67/2025
Xankəndi Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(065)-67/2025
08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver