Məhkəmə qərarları › İş №e-2(066)-100/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-100/2025

03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-100/2025 03.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2021-ci il buraxılşlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmasını, Cavabdeh 14 may 2024cü il tarixli MAS-6284 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 30 oktyabr 2024-cü il tarixə 645.70 manat gecikdirilmiş əsas, 19.94 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 45.20 rranat dəbbə pulu, cəmi 710.84 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, “Azərmaş" MMC ilə Cavabdeh arasında bağlanmış 14 may 2024-cü il tarixli MAS-6284 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2021-ci il buraxılşlı, “Khazar SD” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 24.5 % hesablanmaqla 23 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 448.95 manat, ümumilikdə isə 10326 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 10326 manatın 8175 manatı əsas məbləğ təşkil edir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra olunmadığı üçün Cavabdeh MAS-6284 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 30 oktyabr 2024-cü il tarixə ümumilikdə 710.84 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “ödəniş cədvəli” nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Sədrlik edən iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş azeri express tərəfindən verilmiş poçt xəbərnaməsindən və xx.xx.2024-cü il tarixli aktdan görünür ki, xx.xx.2024 Azərmaşdan qəbul edilmiş zərf qaimə (843173) Cavabdeh məktub çatdırılmamışdır. Səbəb xx.xx.2024cü il tarixində ünvana gedilmiş, tanıyan olmamış, əlaqə nömrəsi işləmir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmiş, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatlar iddia ərizəsində göstərilməmişdir. Məhkəmə tərəfindən İddiaçı MMC-yə iddia tələbinə məhkəmədə baxılması zərurəti ilə əlaqədar olaraq 03 mart 2025-ci il tarixə, saat 12-00-a təyin edilmiş məhkəmə iclasında nümayəndələrinin iştirakının təmin edilməsini və Cavabdeh borcunun hansı tarixlərdə yaranması və borc məbləği barədə sənədlərin məhkəməyə təqdim edilməsi barədə sorğu verilsə də, İddiaçı MMC məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildiri ki, iddia ərizəsində sentyabr və oktyabr aylarında ödəniş etmədiyi qeyd olunsa da, həmin aylarda ödəniş etmişdir. Belə ki, sentyabr ayında borcundan 450 manat, oktyabr ayında borcundan 450 manat ödəniş etmişdir. O sənəddə qeyd edilmiş nömrələrlə əlaqə saxlamış və həmin şəxslərin dediyi hesaba ödənişini etmişdir. Ödəniş etdikdən sonra da qəbzi onlara göndərmiş, lizinq şirkətinin əməkdaşı tərəfindən etdiyi ödənişlə bağlı hər hansı problem olduğu ona bildirilməmişdir. İddiaçı tərəfindən ona barəsində məhkəməyə müraciət olunacağı barədə pretenziya məktubu göndərilməmiş, bununla bağlı Lizinq şirkəti ona məlumat verməmişdir. O, Göygöl rayonu Üçtəpə kəndində yaşayır, hər kəs onun evini tanıyır, əlaqə vasitəsi olaraq da telefon işlədir və şirkətə verdiyi nömrə də hazırda işləkdir. O, oktyabr ayının 23-də həmçinin 450 manat ödəniş etmiş, həmin məbləğdən 4.5 manat məbləğində komissiya tutulduğundan xəbəri olmamışdır. O, liznq verəndən avtomobili 17 ay müddətinə götürmüş, daha sonra müqaviləni 24 ay müddətinə təyin edib həmin müqaviləyə qol çəkdirmişlər, o da müqavilə üzrə hər ay ödənişlərini etmişdir. Ona maşınla bağlı 700 manat cəriməsi olduğu bildirilmiş, halbuki o, həmin maşını sürməmişdir. Əlavə olaraq bildirdi ki, o, ödənişi şirkətin ona verdiyi kod üzrə ödəyib qəbzlərini də özlərinə göndərmişdir. Hər ay lizinq şirkətinə ödədiyi 450 manat məbləğdən 2-3 manat məbləğində komissiya tutulduğundan xəbəri olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müracitə etmədən öncə mübahisənin məhkəmədən kənar pretenziya qaydasında həll edilməsinə riayət etməmiş, cavabdeh tərəfindən ödənişlərin edilməsinə diqqət edilməmiş və bununla da tərəflər arasında mübahisənin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi imkanı itirilməmişdir. Bu səbəbdən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar