Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1008/2025 04.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11988770 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 684,12 (altı yüz səksən dörd manat, on iki qəpik) manat olan İMEİ kod **********91442 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, ZƏMANƏT +1 il xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İMEİ kod **********91442 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, ZƏMANƏT +1 il xidməti üçün hər ay 36,34 (otuz altı manat, otuz dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
2. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 08503187 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 684,66 (altı yüz səksən dörd manat altmış altı qəpik) manat olan İmei kod **********20325 XİAOMİ REDMİ NOTE13, PAKET L xidməti, ZƏMANƏT+1 xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kod **********20325 XİAOMİ REDMİ NOTE13, PAKET L xidməti, ZƏMANƏT+1 xidməti il xidməti üçün hər ay 36,37 (otuz altı manat otuz yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
3. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 288 ( iki yüz səksən səkkiz) manat olan İmei kod **********60782 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti, PAKET M xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kod **********60782 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti, PAKET M üçün ilkin ödənişsiz hər ay 16 ( on altı) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
Məhkəmədə icraat:
4. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********91442 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, ZƏMANƏT +1 il xidməti xidməti üçün, 544,72 (beş yüz qırx dörd manat yetmiş iki qəpik) manat, ödənilməmiş hissə, 54,47 ( əlli dörd manat qırx yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********20325 XİAOMİ REDMİ NOTE13, PAKET L xidməti, ZƏMANƏT+1 xidməti il xidməti üçün 506,66 (beş yüz altı manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 50,67 ( əlli manat altmış yeddi qəpik )manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********60782 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti, PAKET M xidməti üçün, 288 ( iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28,80 ( iyirmi səkkiz manat səksən qəpik)) manat cərimə, Ümumilikdə 1473,32 (min dörd yüz yetmiş üç manat otuz iki qəpik) manat borc, 34,74 (otuz dörd manat yetmiş dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ kod **********91442 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, ZƏMANƏT +1 il xidməti, İmei kod **********20325 XİAOMİ REDMİ NOTE13, PAKET L xidməti, ZƏMANƏT+1 il xidməti, İmei kod **********60782, XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 1İL xidməti, PAKET M xidməti almış və nəticədə 1473,32 (min dörd yüz yetmiş üç manat otuz iki qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 684,12 (altı yüz səksən dörd manat, on iki qəpik) olan İMEİ kod **********91442 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, ZƏMANƏT +1 il xidməti xidməti üçün ümumilikdə, 599,19 (beş yüz doxsan doqquz manat on doqquz qəpik) manat olmaqla ondan, 544,72 (beş yüz qırx dörd manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 54,47 (əlli dörd manat qırx yeddi qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 684,66 (altı yüz səksən dörd manat altmış altı qəpik) (18 ay x 36,34 manat) olan İmei kod **********20325 XİAOMİ REDMİ NOTE13, PAKET L xidməti, ZƏMANƏT+1 xidməti il xidməti üçün ümumilikdə, 557,33 (beş yüz əlli yeddi manat otuz üç qəpik) manat olmaqla ondan, 506,66 (beş yüz altı manat altmış altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50,67 (əlli manat altmış yeddi qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 288 ( iki yüz səksən səkkiz) manat (18 ay x 16 manat) olan İmei kod **********60782 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti, PAKET M xidməti üçün ümumilikdə, 316,80 (üç yüz on altı manat səksən qəpik olmaqla) manat olmaqla ondan, 288 ( iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28,80 (iyirmi səkkiz manat səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
6. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Eyni zamanda Qızılca kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 04 iyul 2025-ci il tarixli məktubundan şəxsə məhkəmə bildirişinin çatdırılmasının təmin olunması müəyyən olunur.
Tətbiq edilən hüquq:
7. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
10. Belə ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11988770 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 684,12 (altı yüz səksən dörd manat, on iki qəpik) manat olan İMEİ kod **********91442 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, ZƏMANƏT +1 il xidməti xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İMEİ kod **********91442 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, ZƏMANƏT +1 il xidməti xidməti üçün hər ay 36,34 (otuz altı manat otuz dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
11. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 08503187 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 684,66 (altı yüz səksən dörd manat altmış altı qəpik) manat olan İmei kod **********20325 XİAOMİ REDMİ NOTE13, PAKET L xidməti, ZƏMANƏT+1 xidməti il xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kod **********20325 XİAOMİ REDMİ NOTE13, PAKET L xidməti, ZƏMANƏT+1 xidməti il xidməti üçün hər ay 36,37 (otuz altı manat otuz yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
12. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 288 ( iki yüz səksən səkkiz)manat olan İmei kod **********60782 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti, PAKET M xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə İmei kod **********60782 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti, PAKET M üçün ilkin ödənişsiz hər ay 16 ( on altı)manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
13. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İMEİ kod **********91442 XİAOMİ REDMİ NOTE 13, PAKET L xidməti, ZƏMANƏT +1 il xidməti xidməti üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 684,12 (altı yüz səksən dörd manat, on iki qəpik)manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 544,72 (beş yüz qırx dörd manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə və həmin məbləğə güzəşt olunaraq 54,47 (əlli dörd manat qırx yeddi qəpik) manat cərimə hesablanmışdır, həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMCdən İmei kod **********20325 XİAOMİ REDMİ NOTE13, PAKET L xidməti, ZƏMANƏT+1 xidməti il xidməti üçün 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 684,66 (altı yüz səksən dörd manat altmış altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 506,66 (beş yüz altı manat altmış altı qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 50,67 (əlli manat altmış yeddi qəpik) manat cərimə hesablanmışdır, eyni maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən İmei kod **********60782 XİAOMİ POCO C65, QİZİL ZƏMANƏT ULTRA 1 il xidməti, PAKET M xidməti üçün ilkin ödənişsiz 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 288 ( iki yüz səksən səkkiz) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 288 ( iki yüz səksən səkkiz) manat borcunu ödəməmiş və həmin məbləğə 28,80 (iyirmi səkkiz manat səksən qəpik) manat cərimə hesablanmışdır.
14. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
15. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də alıcı tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
16. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 544.72 (beş yüz qırx dörd manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 54.47 (əlli dörd manat qırx yeddi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 506,66 (beş yüz altı manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 50.67 (əlli manat altmış yeddi qəpik ) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 288 ( iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28.80 (iyirmi səkkiz manat səksən qəpik) manat cərimə borcu tutularaq iddiaçıya verilməlidir.
17. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 34,74 (otuz dörd manat yetmiş dörd qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
19. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
20. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
21. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun nəticə:
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 544.72 (beş yüz qırx dörd manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 54.47 (əlli dörd manat qırx yeddi qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 506,66 (beş yüz altı manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 50.67 (əlli manat altmış yeddi qəpik ) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 288 ( iki yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 28.80 (iyirmi səkkiz manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1473,32 (min dörd yüz yetmiş üç manat otuz iki qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 34,74 (otuz dörd manat yetmiş dörd qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə