Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1013/2025 04.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - İddiaçı QSC) Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MLZNG00- 000635 nömrəli müqavilədən görünür ki, lizinq müqaviləsinin ümumi məbləği 5300 (beş min üç yüz) manat təşkil etməklə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini 24 ay müddətinə muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu müqavilə imzalandığı gündən lizinq ödənişlərini ödəniş cədvəlinə uyğun aparmağı öhdəsinə götürmüşdür.
Məhkəmə icraatı:
2. İddiaçı QSC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024 tarixli MLNZG00-000635 saylı dəyəri 5300 AZN olan daxili lizinq müqaviləsinə görə lizinq obyekti olan 20AB656 dövlət qeydiyyat nişanlı, 2009-cu il istehsalı, parlaq ağ rəngli “VAZ” markalı “21074” model minik avtomobili şəxsi istifadə məqsədi ilə etibarnamə əsasında idarə etdiyi zaman müqavilə şərtlərini pozaraq vurduğu maddi zərərin məbləği olaraq 3381 AZN, ekspert rəyinin alınması üçün ödənilmiş rüsum olan 102 AZN, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu olaraq 55 AZN olmaqla ümumilikdə cəmi 3538 AZN pulun Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024 tarixli MLNZG00-000635 saylı dəyəri 5300 AZN olan daxili lizinq müqaviləsinə görə lizinq obyekti olan 20AB656 dövlət qeydiyyat nişanlı, 2009-cu il istehsalı, parlaq ağ rəngli “VAZ” markalı “21074” model minik avtomobili şəxsi istifadə məqsədi ilə etibarnamə əsasında Cavabdeh verilmişdir. Cavabdeh həmin daxili lizinq müqaviləsinin tələblərini pozaraq ona etibarnamə əsasında şəxsi istifadə üçün verilmiş həmin avtomobilə maddi zərər vurmuşdur. Cavabdehin maddi zərər vurduğu lizinq obyekti olan həmin avtomobili təşkilatlarına təhvil verməkdən imtina etdiyi üçün avtomobil tərəfimizdən aşkar edilərək götürülməsi barədə müvafiq akt tərtib edilmişdir. Ekspert rəyi əsasında avtomobilə dəymiş maddi zərərin məbləği 3381 AZN təşkil etmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunmuş, lakin cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmamışdır.
6. İş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişi 30 iyun 2025-ci il tarixdə qəbul edilmişdir.
Tətbiq edilən hüquq:
7. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 448.2- ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-7.1-ci maddəsinə əsasən Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
10. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MLZNG00-000635 nömrəli müqavilədən görünür ki, lizinq müqaviləsinin ümumi məbləği 5300 (beş min üç yüz) manat təşkil etməklə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini 24 ay müddətinə muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu müqavilə imzalandığı gündən lizinq ödənişlərini ödəniş cədvəlinə uyğun aparmağı öhdəsinə götürmüşdür. Müqavilənin 12.4-cü bəndinə əsasən müqavilənin 6-cı bəndində nəzərdə tutulmuş şərtləri pozduqda Lizinq alan Lizinq verənə 1000 (min) AZN məbləğində cərimə ödəyir. Lizinq alan tərəfindən cərimənin ödənilməsi onu lizinq verənin ilk tələbi ilə Lizinq obyektinə vurduğu ziyanın öz hesabına aradan qaldırılması öhdəliyindən azad etmir.
11. İddiaçı QSC-nin 16 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, lizinq məbləği 5300 manat olan “VAZ 21074” minik markalı lizinq obyekti lizinq alana təhvil verilmişdir.
12. xx.xx.2024-cü il tarixli, MLZNG00-000635 nömrəli Lizinq ödənişləri cədvəlindən görünür ki, Lizinq alan Cavabdeh lizinq müqaviləsinin dəyəri olan 5300 manat məbləğində ödənişi 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdir.
13. xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, MLZNG00-000635 saylı lizinq obyekti olan 20AB656 dövlət qeydiyyat nişanlı, 2009-cu il istehsalı, parlaq ağ rəngli “VAZ” markalı “21074” model minik avtomobil xx.xx.2025-ci il tarixdə Gəncə şəhər DYP-nin mühafizə olunan duracağında aşkar edərək götürmüşlər. Avtomobil təhvil götürülərkən qəzalı vəziyyətdə olmuşdur. Akta əlavə olunmuş ekspert rəyində qüsurlar aşkar edilmişdir. Cavabdeh həmin minik avtomobilini könüllü surətdə təhvil verməkdən imtina etmişdir.
14. “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsinin 03 iyun 2025-ci il tarixli rəyinin surətindən görünür ki, “VAZ” markalı “21074” minik markalı, 20AB656 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın ümumi məbləği 3381 (üç min üç yüz səksən bir) manat təşkil edir.
15. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh vurulmuş zərər üzrə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
16. Göründüyü kimi tərəflər arasında lizinq müqaviləsindən irəli gələn münasibətlər olmuş, lizinq verən tərəf olaraq İddiaçı QSC üzərinə düşən öhdəlikləri tam icra etsə də lizinq alan tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
17. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı QSCnin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, MLZNG00-000635 saylı lizinq müqaviləsinə əsasən vurulmuş zərərlə bağlı 3381 AZN, həmçinin ekspert rəyinin alınması üçün ödənilmiş 102 manat pul tutularaq iddiaçıya verilməlidir.
18. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
21. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
22. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun nəticə:
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia təmin edilsin. Cavabdeh 3483 (üç min dörd yüz səksən üç) manat pul və məhkəmə xərci olaraq 55 (əlli beş) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə