Məhkəmə qərarları › İş №e-2(066)-1062/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1062/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1062/2025 18.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:

1. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 2437.92 (iki min dörd yüz otuz yeddi manat doxsan iki qəpik) manat olan AUX kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, TOZSORAN SAMSUNG xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə AUX kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, TOZSORAN SAMSUNG xidməti üçün hər ay 135.44 (yüz otuz beş manat qırx dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.

2. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03668859 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 359.46 (üç yüz əlli doqquz manat qırx altı qəpik) manat olan QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV xidməti üçün hər ay 19.97 (on doqquz manat doxsan yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.

3. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 124.08 (yüz iyirmi dörd manat səkkiz qəpik) manat olan QİZİL ZƏMANƏT ULTRA 2İL Xidməti, TOZSORAN SAMSUNG xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə QİZİL ZƏMANƏT ULTRA 2İL Xidməti, TOZSORAN SAMSUNG üçün ilkin ödənişsiz hər ay 10.34 (on manat otuz dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.

Məhkəmədə icraat:

3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, AUX kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, TOZSORAN SAMSUNG xidməti xidməti üçün, 2362.9 (iki min üç yüz altmış iki manat doxsan qəpik) manat ödənilməmiş hissə, 236.29 (iki yüz otuz altı manat iyirmi doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV il xidməti üçün 268.6 (iki yüz altmış səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 26.86 (iyirmi altı manat səksən altı qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2İL Xidməti, TOZSORAN SAMSUNG xidməti üçün, 82.72 (səksən iki manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 8.27 (səkkiz manat iyirmi yeddi qəpik) manat cərimə, Ümumilikdə 2985.64 (iki min doqquz yüz səksən beş manat altmış dörd qəpik) manat borc, 49.86 (qırx doqquz manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, AUX kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, TOZSORAN SAMSUNG xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV il xidməti, QİZİL ZƏMANƏT ULTRA 2İL Xidməti, TOZSORAN SAMSUNG xidməti almış və nəticədə 2985.64 (iki min doqquz yüz səksən beş manat altmış dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2437.92 (iki min dörd yüz otuz yeddi manat doxsan iki qəpik) olan AUX kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, TOZSORAN SAMSUNG xidməti üçün ümumilikdə, 2599.19 (iki min beş yüz doxsan doqquz manat on doqquz qəpik) manat olmaqla ondan, 2362.90 (iki min üç yüz altmış iki manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 236.29 (iki yüz otuz altı manat iyirmi doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 359.46 (üç yüz əlli doqquz manat qırx altı qəpik) (18 ay x 19.97 manat) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV il xidməti üçün ümumilikdə, 295.46 (iki yüz doxsan beş manat qırx altı qəpik) manat olmaqla ondan, 268.60 (iki yüz altmış səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.86 (iyirmi altı manat səksən altı qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 124.08 (yüz iyirmi dörd manat səkkiz qəpik) manat (12 ay x 10.34 manat) olan QİZİL ZƏMANƏT ULTRA 2İL Xidməti, TOZSORAN SAMSUNG xidməti üçün ümumilikdə, 90.99 (doxsan manat doxsan doqquz qəpik) manat olmaqla ondan, 82.72 (səksən iki manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.27 (səkkiz manat iyirmi yeddi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

5. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Eyni zamanda Nadel kənd İƏD üzrə nümayəndəliyi də xx.xx.2025-ci il tarixdə bildirişi qəbul etmişlər.

Tətbiq edilən hüquq:

6. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Məhkəmənin mövqeyi:

8. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.

9. Belə ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 2437.92 (iki min dörd yüz otuz yeddi manat doxsan iki qəpik) manat olan AUX kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, TOZSORAN SAMSUNG xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə AUX kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, TOZSORAN SAMSUNG xidməti xidməti üçün hər ay 135.44 (yüz otuz beş manat qırx dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.

10. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03668859 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 359.46 (üç yüz əlli doqquz manat qırx altı qəpik) manat olan QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV il xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV xidməti il xidməti üçün hər ay 19.97 (on doqquz manat doxsan yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.

11. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 124.08 (yüz iyirmi dörd manat səkkiz qəpik) manat olan QİZİL ZƏMANƏT ULTRA 2İL Xidməti, TOZSORAN SAMSUNG xidmətinin dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə QİZİL ZƏMANƏT ULTRA 2İL Xidməti, TOZSORAN SAMSUNG üçün ilkin ödənişsiz hər ay 10.34 (on manat otuz dörd qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.

12. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən AUX kondisioner, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, TOZSORAN SAMSUNG xidməti xidməti üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2437.92 (iki min dörd yüz otuz yeddi manat doxsan iki qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 2362.90 (iki min üç yüz altmış iki manat doxsan qəpik) manat ödənilməmiş hissə və həmin məbləğə güzəşt olunaraq 236.29 (iki yüz otuz altı manat iyirmi doqqquz qəpik) manat cərimə hesablanmışdır, həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMAN TV il il xidməti üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 359.46 (üç yüz əlli doqquz manat qırx altı qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 268.60 (iki yüz altmış səkkiz manat altmış qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 26.86 (iyirmi altı manat səksən altı qəpik) manat cərimə hesablanmışdır, eyni maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən QİZİL ZƏMANƏT ULTRA 2İL Xidməti, TOZSORAN SAMSUNG xidməti üçün ilkin ödənişsiz 12 ay müddətinə ödəmək şərti ilə dəyəri 124.08( yüz iyirmi dörd manat səkkiz qəpik) manat olan mal almış, borcunu hissəhissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 82.72 (səksən iki manat yetmiş iki qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 8.27 (səkkiz manat iyirmi yeddi qəpik)manat cərimə hesablanmışdır.

13. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də alıcı tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.

14. Eyni zamanda hesablanmış cərimə borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını məqsədəmüvafiq hesab edir.

17. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2362.90 (iki min üç yüz altmış iki manat doxsan qəpik) manat ödənilməmiş hissə, 133 (yüz otuz üç) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 268.60 (iki yüz altmış səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 82.72 (səksən iki manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu tutularaq iddiaçıya verilməlidir.

18. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 49.86 (qırx doqquz manat səksən altı qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

21. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

22. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun nəticə:

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2362.90 (iki min üç yüz altmış iki manat doxsan qəpik) manat ödənilməmiş hissə və həmin məbləğə güzəşt olunaraq 133 (yüz otuz üç) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 268.6 (iki yüz altmış səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 82.72 (səksən iki manat yetmiş iki qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu olmaqla ümumilikdə 2864,22 (iki min səkkiz yüz altmış dörd manat iyirmi iki qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 49.86 (qırx doqquz manat səksən altı qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar