Məhkəmə qərarları › İş №e-2(066)-1063/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1063/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1063/2025 18.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbi ilə bağlı kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:

1. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13406237 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 548.10 (beş yüz qırx səkkiz manat on qəpik) manat olan QİZİL ZƏMANƏT ULTRA 1İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********74681 XİAOMİ REDMİ 12 markalı telefonun dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə QİZİL ZƏMANƏT ULTRA 1İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********74681 XİAOMİ REDMİ 12 markalı telefon üçün ilkin ödənişsiz olmaqla hər ay 30.45 (otuz manat qırx beş qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.

Məhkəmə icraatı:

2. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 1İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********74681 XİAOMİ REDMİ 12 markalı telefon üçün 273.80 (iki yüz yetmiş üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 27.38 (iyirmi yeddi manat otuz səkkiz qəpik) manat cərimə, ümumilikdə, 301.18 (üç yüz bir manat on səkkiz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********74681 XİAOMİ REDMİ 12 markalı telefon almış və nəticədə 301.18 (üç yüz bir manat on səkkiz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 548.10 (beş yüz qırx səkkiz manat on qəpik) manat (yəni 18 ay x 30.45) olan QİZİL ZƏMANƏT ULTRA 1İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********74681 XİAOMİ REDMİ 12 markalı telefon üçün ümumilikdə, 301.18 (üç yüz bir manat on səkkiz qəpik) manat olmaqla ondan 273.80 (iki yüz yetmiş üç manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.38 (iyirmi yeddi manat otuz səkkiz qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 274.30 (iki yüz yetmiş dörd manat otuz qəpik) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ilə xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.

4. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. xx.xx.2025-ci il Göygöl rayonu Qızılca kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən də qəbul edilmişdir.

Tətbiq edilən hüquq:

5. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

8. Belə ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13406237 nömrəli müqavilədən, təhvil-təslim aktından və əlavədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 548.10 (beş yüz qırx səkkiz manat on qəpik) manat olan QİZİL ZƏMANƏT ULTRA 1İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********74681 XİAOMİ REDMİ 12 markalı telefonun dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün müddəti keçmiş məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə QİZİL ZƏMANƏT ULTRA 1İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********74681 XİAOMİ REDMİ 12 markalı telefon üçün ilkin ödənişsiz hər ay 30.45 (otuz manat qırx beş qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.

9. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən QİZİL ZƏMANƏT ULTRA 1İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********74681 XİAOMİ REDMİ 12 markalı telefon üçün ilkin ödənişsiz 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 548.10 (beş yüz qırx səkkiz manat on qəpik) manat olan mal almış, lakin borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 273.80 (iki yüz yetmiş üç manat səksən qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 27.38 ( iyirmi yeddi manat otuz səkkiz qəpik) manat cərimə hesablanmışdır.

10. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.

11. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də alıcı tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.

12. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli, 13406237 nömrəli müqaviləyə əsasən QİZİL ZƏMANƏT ULTRA 1İL XİDMƏTİ, PAKET L XİDMƏTİ, İMEİ KODU **********74681 XİAOMİ REDMİ 12 markalı telefon üçün 273.80 (iki yüz yetmiş üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 27.38 ( iyirmi yeddi manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 301.18 (üç yüz bir manat on səkkiz qəpik) (üç yüz yetmiş səkkiz manat səksən dörd qəpik) manat pul tutularaq iddiaçıya verilməlidir.

13. Bununla yanaşı, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

15. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

16. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

17. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun hissə:

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 273.80 (iki yüz yetmiş üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 27.38 (iyirmi yeddi manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 301.18 ( üç yüz bir manat on səkkiz qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar