Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1076/2025 21.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələrlə bağlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: İşin halları:
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli STN03-8925 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı Kondisioner Gree-yə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 109 (bir yüz doqquz) manat, sonuncu ay isə 101 (bir yüz bir manat) manat olmaqla cəmi 1300 (bir min üç yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 100 manat olmuşdur.
Məhkəmə icraatı:
2. İddiaçı MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli STN03-8925 saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1200 AZN əsas, 100 AZN cərimə olmaqla ümumilikdə 1300 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli STN03-8925 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı Kondisioner Gree-yə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 109 manat olmaqla cəmi 1300 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-ci il tarixdə 100 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında ödənilməmiş 1200 manat əsas və 100 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır.
4. AR MPM 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
5. İş materiallarına əlavə edilmiş xəbərnamədən müəyyən olunur ki, Cavabdeh məhkəmə bildirişini xx.xx.2025-ci il tarixində qəbul etmişdir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
8. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
9. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli STN03-8925 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı Kondisioner Gree-a görə 12 ay ödəniş cədvəli üzrə hər ay 109 (bir yüz doqquz) manat, sonuncu ay isə 101 (bir yüz bir manat) manat olmaqla cəmi 1300 (bir min üç yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-ci il tarixdə 100 manat olmuşdur. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Eyni tarixli təhviltəslim aktının surətindən görünür ki, Kondisioner Gree GWH18AACXD-K3NNA2B/1 Cavabdeh təhvil verilmişdir.
10. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Kondisioner Gree” markalı telefona görə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 109 (bir yüz doqquz) manat, sonuncu ay isə 101 (bir yüz bir manat) manat olmaqla, cəmi 1300 (bir min üç yüz) manat pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
11. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu xx.xx.2023-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1200 (bir min iki yüz) manat əsas, gecikdirilən günlərın sayına görə 100 (biri yüz) manat cərimə olmaqla, cəmi 1300(bir min üç yüz) manat təşkil edir.
12. İşdə olan xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
13. Eyni zamanda hesablanmış cərimə borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
14. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
15. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını məqsədəmüvafiq hesab edir.
16. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli STN03-8925 müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən 1200(bir min iki yüz) manat əsas, 12(on iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1212 (bir min iki on iki) manat pul tutularaq iddiaçıya ödənilməlidir.
17. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yekun nəticə:
19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1200(bir min iki yüz) manat əsas borc, 12(on iki) manat cərimə borcu olmaqla, ümumilikdə 1212(bir min iki yüz on iki) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə