Məhkəmə qərarları › İş №e-2(066)-1140/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1140/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1140/2024 29.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi ilə, "xxxx" MMC-nin nümayənbdəsi X1, Cavabdeh, iştirakl ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemi Kreditlər Departamentinin rəhbəri Nümayəndə iddia ərizəsi Göygöl Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə bağlanmış 8 ədəd alqı-satqı müqaviləsinə əsasən ondan cəmi 7416 manat əsas borc və cəmi 1436,68 manat dəbbə pulunun 94,16 manat, ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayənbdəsi X2 iddia tələbini müdafiə etməklə məhkəmə iclasında göstərdi ki, iddiaçı "xxxx" MMC-i ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 3691,6 manat dəyərində İmei kod **********00982 markalı İPONE 14 PRO MAX markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 1589 manat dəyərində PLAYSTİON 5, PS5 PULTU, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 1230 manat dəyərində İmei kod **********52386 SAMSUNQ GALAXY A54 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 856 manat dəyərində İmei kod **********17462 SAMSUNQ GALAXY A34 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 1051 manat dəyərində İmei kod **********22616 SAMSUNQ GALAXY A54 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 909 manat dəyərində İmei kod **********70537 SAMSUNQ GALAXY A34 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 588 manat dəyərində İmei kod **********11087 SAMSUNQ GALAXY A24 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 171 manat dəyərində İmei kod **********94599 NOKİA 3310 markalı telefonu nisyə almışdır. Müqavilələrin şərtlərinə görə, ödəmənin geçikdirilmiş hər gününə görə 1 faiz miqdarında penya hesablanır. Cavabdeh hal-hazıra kimi 8 müqavilə üzrə cəmi 4106.28 manat ödəniş etmiş və qalan borcini ödəməmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və göstərdi ki, maddi imkanı olmadığına görə qeyd edilən müqavilələr üzrə borcunu ödəyə bilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 94,16 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş iddiaçı "xxxx" MMC-i ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 3691,6 manat dəyərində İmei kod **********00982 markalı İPONE 14 PRO MAX markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 1589 manat dəyərində PLAYSTİON 5, PS5 PULTU, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 1230 manat dəyərində İmei kod **********52386 SAMSUNQ GALAXY A54 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 856 manat dəyərində İmei kod **********17462 SAMSUNQ GALAXY A34 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 1051 manat dəyərində İmei kod **********22616 SAMSUNQ GALAXY A54 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 909 manat dəyərində İmei kod **********70537 SAMSUNQ GALAXY A34 markalı telefonu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 588 manat dəyərində İmei kod **********11087 SAMSUNQ GALAXY A24 markalı telefonu, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən ona 171 manat dəyərində İmei kod **********94599 NOKİA 3310 markalı telefonu nisyə almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh onunla bağlanmış 8 ədəd alqı-satqı müqaviləsinə əsasən üzrə cəmi 4106.28 manat manat ödəniş etmiş cəmi 7416 manat əsas borc və cəmi 1436,68 manat dəbbə pulunu ödəməmiş. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, nağd kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi cəmi 1436,68 manat məbləğində dəbbə pulu azaldılaraq cəmi 470 manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 90 (doxsan) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» iddiası təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 3691,6 manat dəyərində İmei kod **********00982 markalı İPONE 14 PRO MAX markalı telefon görə 2115,9 manat əsas borc, 150 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 1589 manat dəyərində PLAYSTİON 5, PS5 PULTA görə 1098 manat əsas borc, 80 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 1230 manat dəyərində İmei kod **********52386 SAMSUNQ GALAXY A54 markalı telefona görə 922,5 manat əsas borc, 80 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 856 manat dəyərində İmei kod **********17462 SAMSUNQ GALAXY A34 markalı telefona görə 756 manat əsas borc, 50 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 1051 manat dəyərində İmei kod **********22616 SAMSUNQ GALAXY A54 markalı telefona görə 395 manat əsas borc, 40 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 909 manat dəyərində İmei kod **********70537 SAMSUNQ GALAXY A34 markalı telefona görə 291,96 manat əsas borc, 30 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 588 manat dəyərində İmei kod **********11087 SAMSUNQ GALAXY A24 markalı telefona görə 244,96 manat əsas borc, 30 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ona 171 manat dəyərində İmei kod **********94599 NOKİA 3310 markalı telefona görə 155 manat əsas borc və 10 manat dəbbə pulu olmaqla, cəmi 7416 (yeddi min dörd yüz on altı) manat əsas borc və cəmi 470 (dörd yüz yetmiş) manat dəbbə pulu börca görə və 90 (doxsan) manat ödənilmiş dövlət rüsumuna görə pul tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar