Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1148/2023 23.11.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı qanun üzrə vərəsə tanıma, payların müəyyən edilməsi və mülkiyyət hüqununun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızı Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı qanun üzrə vərəsə tanıma, payların müəyyən edilməsi və mülkiyyət hüqununun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 miras əmlakı olan ünvan 1 ünvanında vərəsələrin paylarının müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmişlər, məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Qeyd olunan cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X11 ilə X10 birgə nikahlarından Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X24 adlı 4 nəfər uşaqları olmuşdur. X6 (iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının atası) xx.xx.2013-cü il tarixdə ölmüşdür. X2 xx.xx.1999-cu il tarixdə ölmüşdür. X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X32 ünvan 2 ünvanı miras qalmışdır. X1 miras qalmış ünvan 3 ünvanına qanun üzrə vərəsəlik hüquqları tanınmalı və payları müəyyən olunmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti: Məhkəmə iclasında iştirak edən iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında iddianı müdafiə etdiyini, mirası faktiki olaraq Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının qəbul etməsini və həmin evdə olan əmlakların da Səbinəyə və Qədəmçəyə məxsus olmasını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etməməsini, belə ki, atası Talıb Məhərrəmovun ölümündən sonra onun ailə üzvü olan Qədəmçənin miras qalan əmlakda yaşamasını, mərhum atası Talıb Məhərrəmovun və anası Qədəmçə Məhərrəmovanın vəfatından sonra T.Məhərrəmovdan miras qalan evdə qardaşı Hamletin, onun həyat yoldaşının və uşaqlarının yaşamasını, 1999-cu ildə iddiaçı Səbinənin və anası Zəminənin Rusiyaya getmələrini, hal-hazırda da onların Rusiya Federasiyasında yaşamalarını, onların heç vaxt mübahisəli evdə yaşamamalarını, Səbinənin ancaq cehiz əşyalarının qeyd olunan əmlakda qalmasını, vərəsələrin hamısının Səbinəyə məxsus cehiz əşyalarını gəlib evdən çıxartmasını istəmələrini, ondan sonra sözügedən mənzili təmir etdirəcəklərini və sonra evi sataraq alınan pulun vərəsələr arasında bölünməsini istəmələrini bildirdi və göstərdiklərinə əsasən iddianın əsassız olmasına görə təmin edilməməsini məhkəmədən xahiş etdi Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X13 nikahları xx.xx.1964-cü il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. İş materiallarında olan Moskva şəhər VVAQ İdarəsinin Zelenoqrad VVAQ şöbəsi tərəfindən xx.xx.2000-ci ildə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X16 nikahları xx.xx.2000-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. İş materiallarında olan Moskva şəhər Zelenoqrad VVAQ şöbəsi tərəfindən 08 sentyabr 2000-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2000-ci ildə Rusiya, Moskva şəhərində doğulmuş, atası X24, anası isə X18r. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X12 21 iyul 1999-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X15 18 yanvar 2021-ci ildə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 1967-ci ildə anadan olmuş, atası X12, anası isə X14r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 1975-ci ildə anadan olmuş, atası X12, anası isə X14r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 1968-ci ildə anadan olmuş, atası X12, anası isə X14r. İş materiallarında olan Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən 25 iyul 2023-cü ildə verilmiş arayışdan görünür ki, X24 xx.xx.1971-ci ildə Ermənistan, Basarkeçər rayonunun Şəfəq kəndində anadan olmuş, atası X12, anası isə X14r. İş materiallarında olan Moskva şəhər VVAQ İdarəsinin Zelenoqrad VVAQ şöbəsi tərəfindən 04 oktyabr 2013-cü ildə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 17 sentyabr 1971-ci ildə ölmüşdür. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 16 (066)-3/2023 saylı qərardadının surətindən görünür ki, iddiaçı X19 müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilmiş, Cavabdeh1 - ünvan 4 ünvanında iddiaçıya məxsus yataq otağındakı 6 qapılı şifoner, güzgülü şkaf, oturaq stul, ikili çarpayı, pərdə karniz, lüstr, həmin şifoner və şkaflarda olan paltarlar, ayaqqabılar, dəsmallar, odeyallar, digər otaqdakı şkaf (stenka), 4 döşək, 7 yorğan, 6 balış, 12 döşəkçə, xalça, qab-qaşıq, samovar, qazan dəstləri, digər otaqdakı qorko (servant), qab-qaşıq şkafı, servis, çaynik, rumka və stəkanlar, boşqablar, kül qabı, xrustal qablar, iri stol, 8 stul, lüstr, karniz, divan, 2 kreslo, jurnal stolu, mətbəx otağındakı mətbəx mebeli, lüstr, paltaryuyan maşın, soyuducu, pərdə, karniz, digər kiçik otaqdakı pərdə, karniz, lüstr, 4 gözlü qaz peçinin istifadəsinə qadağa qoyularaq üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi (JN-100A KOD 50801004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə) X5 miras qalmışdır. X12 ilə X13 nikahları xx.xx.1964-cü il tarixdə bağlanmışdır. T.Məhərrəmov 21 iyul 1999-cu ildə, X20 isə 18 yanvar 2021-ci ildə vəfat etmişlər. Onların vəfatından sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X24 adlı 4 nəfər vərəsələri qalmışdır. X6 04 oktyabr 2013-cü il tarixdə ölmüşdür. Hazırki iş üzrə iddiaçı Səbinə Cəlilova qanun üzrə vərəsə tanınma, payların müəyyən edilməsi və mülkiyyət hüququnun tanınmasını tələb etsə də, iş materiallarından, Göygöl rayon Məhkəmənin müvəqqəti təminat tədbirinə dair 16 mart 2023-cü il tarixli qəraradadından və tərəflərin izahatlarından aydın olur ki, S.Cəlilovanın özünə məxsus əşyaları miras əmlakda qalmasına baxmayaraq o, babası T.Məhərrəmovun və nənəsi Q.İsmayılovanın ölümündən sonra onlardan miras qalan əmlakı faktiki olaraq qəbul etməmiş, mübahisəli evdə hec vaxt yaşamamış və həmin vaxtdan hal-hazıra qədər də Rusiya Federasiyasında yaşayır. İddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızı sözügedən evə dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair X7 adına JN-100A KOD 50801004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilməsinə baxmayaraq iddia tələbində göstərilən ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 2023-cü il tarixli məktubundan görünür ki, Göygöl rayon dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-5-841 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 və ona xx.xx.2012-ci il tarixli, **********69 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Qeyd olunan qanun normalarını hazırki hala tətbiq edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində göstərilmiş ünvan 1 ünvanında yerləşən mənzilə dair mərhum X8 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış və onun adına mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd işlənilməmişdir. Belə olan halda iddia tələbi təmin edilə bilməz. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Hazırki halda isə qeyd edilənlər formasında miras əmlakın faktiki olaraq qəbul edilməsi təsdiqini tapmır. Bundan əlavə mirasın qəbuluna dair hərəkətlər özündə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamağı və bununla da mirasın qəbul edildiyini şəksiz nümayiş etdirilməsini ehtiva edir. Ərizəçi tərəfindən belə məzmunlu hər hansı hərəkətlər edildiyi iş materialları ilə təsdiq olunmur. Arabir həmin əmlakda müvəqqəti olaraq qalmaq isə yuxarıda qeyd edilən hərəkətlərin edilmiş hesab olunması kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində pul iddia təmin edilmədiyindən iddiaçıyə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı X4 miras əmlakı olan ünvan 1 ünvanında vərəsələrin paylarının müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızına aid olunsun. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №e-2(066)-1148/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1148/2023
23.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver