Məhkəmə qərarları › İş №e-2(066)-1187/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1187/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1187/2024 30.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - "xxxx" MMC) Cavabdeh Zülfəli oğluna qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC Cavabdeh Zülfəli oğluna qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 15.102023-cü il tarixli 10716024 saylı və xx.xx.2023-cü il tarixli 03544303 saylı müqavilə üzrə, Relaksyataq-çarpayı-bazasız, matras-standart, texniki fen total, çanta total, laqonda BOSCH üçün cəmi 965 manat borc yaranmışdır. 15.102023-cü il tarixli 10716024 saylı müqavilə üzrə Relaks-yataq-çarpayı-bazasız, matras-standart üçün 603,57 manat ödənilməmiş hissə, 60,43 manat cərimə olmaqla cəmi 664 (altı yüz altmış dörd) manat, xx.xx.2023-cü il tarixli 03544303 saylı müqavilə üzrə texniki fen total, çanta total, laqonda BOSCH üçün 273,93 ödənilməmiş hissə, 27,07 manat cərimə olmaqla cəmi 301 (üç yüz bir) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh Zülfəli oğlundan alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 15.102023-cü il tarixli10716024 saylı və xx.xx.2023-cü il tarixli 03544303 saylı müqavilə üzrə, Relaks-yataq-çarpayı-bazasız, matras-standart, texniki fen total, çanta total, laqonda BOSCH almış və nəticədə cəmi 965 borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və 15.102023-cü il tarixli 10716024 saylı müqavilə üzrə nəticədə alğı-satqı qiyməti 690 manat, (yəni 24 ay x 28,75 manat + 0 manat ilkin ödəniş) olan Relaks-yataq-çarpayıbazasız, matras-standart üçün 603,57 manat ödənilməmiş hissə, 60,43 manat cərimə olmaqla cəmi 664 (altı yüz altmış dörd) manat, xx.xx.2023-cü il tarixli 03544303 saylı müqavilə üzrə alğı-satqı qiyməti 331,92 manat, (yəni 18 ay x 18,44 manat + 0 manat ilkin ödəniş) olan texniki fen total, çanta total, laqonda BOSCH üçün 273,93 ödənilməmiş hissə, 27,07 manat cərimə olmaqla cəmi 301 (üç yüz bir) manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 144,42 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanmış 15.102023-cü il tarixli10716024 saylı və xx.xx.2023-cü il tarixli 03544303 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh Zülfəli oğlu arasında bağlanmış 15.102023-cü il tarixli 10716024 saylı və xx.xx.2023-cü il tarixli 03544303 saylı müqavilədən görünür ki, "xxxx" MMC alıcıya dəyəri 690 manat, (yəni 24 ay x 28,75 manat + 0 manat ilkin ödəniş) olan Relaks-yataq-çarpayı-bazasız, matras-standartın və üzrə alğı-satqı qiyməti 331,92 manat, (yəni 18 ay x 18,44 manat + 0 manat ilkin ödəniş) olan texniki fen total, çanta total, laqonda BOSCH dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh Zülfəli oğlu həmin müqavilə üzrə sonrakı aylar həmin əşyalar üçün 15.102023cü il tarixli10716024 saylı müqavilə üzrə hər ay 28,75 manat vəxx.xx.2023-cü il tarixli 03544303 saylı müqavilə üzrə hər ay 18,44 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Zülfəli oğlu 15.102023-cü il tarixli 10716024 saylı müqavilə üzrə Relaks-yataq-çarpayı-bazasız, matras-standart üçün 603,57 manat ödənilməmiş hissə, 60,43 manat cərimə olmaqla cəmi 664 (altı yüz altmış dörd) manat, xx.xx.2023-cü il tarixli 03544303 saylı müqavilə üzrə texniki fen total, çanta total, laqonda BOSCH üçün 273,93 ödənilməmiş hissə, 27,07 manat cərimə olmaqla cəmi 301 (üç yüz bir) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə Cavabdeh Zülfəli oğlundan 15.10. 2023-cü il tarixli 10716024 saylı müqavilə üzrə 603,57 manat ödənilməmiş hissə, 60,43 manat cərimə olmaqla cəmi 664 (altı yüz altmış dörd) manat, xx.xx.2023-cü il tarixli 03544303 saylı müqavilə üzrə 273,93 ödənilməmiş hissə, 27,07 manat cərimə olmaqla cəmi 301 (üç yüz bir) manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Zülfəli oğlundan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 15.10. 2023-cü il tarixli 10716024 saylı müqavilə üzrə 603,57 manat ödənilməmiş hissə, 60,43 manat cərimə olmaqla cəmi 664 (altı yüz altmış dörd) manat, xx.xx.2023-cü il tarixli 03544303 saylı müqavilə üzrə 273,93 ödənilməmiş hissə, 27,07 manat cərimə olmaqla cəmi 301 (üç yüz bir) manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat pul vəsaiti tutulsun. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov İş № 2(066)-1187/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL xx.xx.2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu tərəfindən iddiaçı "xxxx" MMC-in Cavabdeh Zülfəli oğluna qarşı pul tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 14:20-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:25-də başa çatdırdım. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar