Məhkəmə qərarları › İş №e-2(066)-1222/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1222/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1222/2025 22.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:

1. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, LC1110635/23 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, İddiaçı MMC-dən 468 manat dəyərində Samsung A13 32GB modeli almışdır. Cavabdeh Əliyev X1 A13 32GB modelini 12 ay müddətinə, aylıq 39 manat ödəmək şərti ilə almışdır. Hazırda xx.xx.2023-cü il tarixli, LC1110635/23 nömrəli müqavilə üzrə cavabdehin 150(yüz əlli) manat ödənilməmiş borcu vardır.

Məhkəmə icraatı:

2. İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli LC1110635/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 150 manat və 10 manat cərimə məbləği olmaqla cəmi 160 (bir yüz altmış) manat məbləğin; habelə dövlət rüsumu əvəzi ödənilmiş 30.40 manat məbləğin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, satıcı/İddiaçı MMC ilə alıcı/Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli LC1110635/23 nömrəli nisyə satış müqaviləsinə əsasən 468 manat dəyərində, ilkin ödənişsiz, Samsung A13 32GB modelli məhsulu 12 ay müddətinə, hər ay 39 manat ödənilməklə nisyə satılmışdır. Həmin müqаvilənin şərtlərinə borclu tərəfindən əməl еdilməmiş, öhdəliyi vахtındа və lаzımi qаydаdа icrа еtməyərək nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Hazırda xx.xx.2023-cü il tarixli LC1110635/23 nömrəli müqavilə üzrə ödənilməmiş borc 150 (bir yüz əlli) manat təşkil edir. Sözügedən müqavilənin 2.4.4-cü bəndinə müvafiq olaraq, “Alıcı” razılaşdırılmış dəyərini razılaşdırılmış müddətdə ödəmədikdə ödənilməyən məbləğə günlük 1%(bir faiz) cərimə ödəyəcəyini öz üzərinizə götürmüşdür. Müqavilə üzrə hesablanan cərimə məbləği gecikdirilmiş günlərə görə yüksək olmasına baxmayaraq İddiaçı MMC ağlabatan məbləği müəyyən etmişdir. Hazırda, cavabdeh Ə.Əzizovdan müqavilə üzrə ödənilməmiş borca (150 AZN) görə 10 (on) manat cərimə məbləği tələb olunur.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş xəbərnamədən və Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Qarabulaq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin məktubundan görünür ki, Cavabdeh qeyd olunan ünvanda yaşamadığından məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır.

Tətbiq edilən hüquq:

5. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

8. Belə ki, İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LC1110635/23 nömrəli müqavilədən, maliyyə arayışından görünür ki, İddiaçı MMC alıcıya dəyəri 351 (üç yüz əlli bir) manat olan samovarı dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində ödəmək öhdəliyini üzərinə götürmüşdür.

9. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli LC1110635/23 nömrəli müqaviləyə əsasən İddiaçı MMC-yə Samsung A13 32 GB modeli üçünilkin ödənişsiz olmaqla, 12 ay müddətinə, aylıq 39 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

10. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı bildirilmişdir.

11. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq İddiaçı MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də alıcı tərəf, hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.

12. AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30,40(otuz manat, qırx qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.

13. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli LC1110635/23 nömrəli müqavilə üzrə 150(yüz əlli) manat əsas borc, 10(on) manat cərimə məbləği tutularaq iddiaçıya verilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

15. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

16. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

17. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun nəticə:

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli LC1110635/23 nömrəli müqavilə üzrə 150 (yüz əlli) manat əsas borc məbləği, 10(on) manat cərimə borcu olmaqla ümumilikdə 160(yüz altmış) manat və məhkəmə xərci olaraq 30,40(otuz manat, qırx qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar