Məhkəmə qərarları › İş №e-2(066)-1225/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-1225/2025

14.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-1225/2025 14.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavadeh X4 qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavadeh X4 qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.1980-ci ildə vəfat etmiş atası X3 və xx.xx.2007-ci ildə vəfat etmiş anası X1 miras qalmış Göygöl şəhəri, A.Şadlinski 59 ünvanda yerləşən ümumi sahəsi 95 kv.m, yaşayış sahəsi 67 kv.m olan üç otaqlı fərdi yaşayış evi üzərində mirasın qəbul edilməsi faktının vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edən iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia ərizəsi forma və məzmun tələblərinə riayət edilmədən təqdim edilmişdir. Məhkəmə hazırlıq iclasında qeyd edilən çatışmazlıqlar İddiaçı nümayəndəsi Nümayəndə diqqətinə çatdırılmış və nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdir. Lakin təkrar məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Nümayəndə qeyd edilən çatışmazlıqları aradan qaldıra bilmədiklərini, iddia ərizəsini düzgün formada tərtib edib yenidən məhkəməyə müraciət edəcəklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki iş materialları nəzərdən keçirilərkən iddia icraatı qaydasında ərizənin verilməsi, cavabdeh kimi notariat ofisinin notariusu olan fiziki şəxs qeyd edilməsi, lakin ərizə məzmunun xüsusi icraat qaydasında ərizə kimi qeyd edilməsi, tələb hissənin də qeyri müəyyən olması müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 259.0.12-cı maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanlar aradan qaldırmadan ərizəyə mahiyyəti üzrə baxılması mümkün deyildir və bu səbəbdən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavadeh X4 qarşı “mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə” dair ərizəsi baxılmamış saxlanılsın. Tərəfə izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar