Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1265/2025 03.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12143326 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 2036,48(iki min otuz altı manat, qırx səkkiz qəpik) manat olan Soyuducu Toshiba, zəmanət + 3 il xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə Soyuducu Toshiba, zəmanət + 3 il xidməti üçün 50 manat ilkin ödəniş olmaqla hər ay 110,36 (yüz on manat, otuz altı qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
2. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 1531,28(min beş yüz otuz bir manat, iyirmi səkkiz qəpik) manat olan samsung tv, zəmanət + 1 il xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə samsung tv, zəmanət + 1 il xidməti üçün 200 manat ilkin ödəniş olmaqla, hər ay 73,96(yetmiş üç manat, doxsan altı qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
3. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 561,36(beş yüz altmış bir manat, otuz altı qəpik) manat olan imei kodu **********01556 samsung galaxy A15 markalı telefon, Samsung charger adapter, zəmanət + 1 il xidməti, paket L xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə imei kodu **********01556 samsung galaxy A15 markalı telefon, Samsung charger adapter, zəmanət + 1 il xidməti, paket L xidməti üçün ilkin ödənişsiz hər ay 46,78(qırx altı manat, yetmiş səkkiz qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
Məhkəmədə icraat:
3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Soyuducu Toshiba, zəmanət + 3 il xidməti üçün 1329,58(min üç yüz iyirmi doqquz manat, əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 132,96(yüz otuz iki manat, doxsan altı qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, samsung tv, zəmanət + 1 il xidməti üçün 1115,8(min yüz on beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 111,60(yüz on bir manat, altmış qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən imei kodu **********01556 samsung galaxy A15 markalı telefon, Samsung charger adapter, zəmanət + 1 il xidməti, paket L xidməti üçün 411,73 (dörd yüz on bir manat, yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 41,17(qırx bir manat, on yeddi qəpik) manat cərimə olmaqla, ümumilikdə 3142,82 manat borc, 51,43 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Soyuducu Toshiba, zəmanət + 3 il xidməti, samsung tv, zəmanət + 1 il xidməti, imei kodu **********01556 samsung galaxy A15 markalı telefon, Samsung charger adapter, zəmanət + 1 il xidməti, paket L xidməti almış və nəticədə 3142,82 (üç min yüz qırx iki manat, səksən iki qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2036,48 (iki min otuz altı manat, qırx səkkiz qəpik) manat (18 ay x 110,36 manat + 50 manat ilkin ödəniş) olan Soyuducu Toshiba, zəmanət + 3 il xidməti üçün ümumilikdə 1462,54(min dörd yüz altmış iki manat, əlli dörd qəpik) manat olmaqla, ondan 1329,58(min üç yüz iyirmi doqquz manat, əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 132,96(yüz otuz iki manat, doxsan altı qəpik) manat cərimə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1531,28 (min beş yüz otuz bir manat, iyirmi səkkiz qəpik) manat (12 ay x 73,96 manat + 200 manat ilkin ödəniş) olan samsung tv, zəmanət + 1 il xidməti üçün ümumilikdə 1227,38 (min iki yüz iyirmi yeddi manat, otuz səkkiz qəpik) manat olmaqla ondan 1115,8(min yüz on beç manat, səksən qəpik)manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 111,6(yüz on bir manat, altmış qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 561,36 (beş yüz altmış bir manat, otuz altı qəpik) manat (12 ay x 46,78 manat + 0 manat ilkin ödəniş) olan imei kodu **********01556 samsung galaxy A15 markalı telefon, Samsung charger adapter, zəmanət + 1 il xidməti, paket L xidməti üçün ümumilikdə 452,90(dörd yüz əlli iki manat, doxsan qəpik) manat olmaqla, ondan 411,73(dörd yüz on bir manat, yetmiş üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41,17(qırx bir manat, on yeddi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1272,01 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir.
5. Həm cavabdehə, həm də onun qeydiyyat ünvanı üzrə İnzibati Ərazi Dairəsinə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh qeyd olunan ünvanda yaşamadığından məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır.
Tətbiq edilən hüquq:
6. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Məhkəmənin mövqeyi:
8. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.
9. Belə ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12143326 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri dəyəri 2036,48(iki min otuz altı manat, qırx səkkiz qəpik) manat olan Soyuducu Toshiba, zəmanət + 3 il xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə Soyuducu Toshiba, zəmanət + 3 il xidməti üçün 50 manat ilkin ödəniş olmaqla hər ay 110,36(yüz on manat, otuz altı qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
10. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 1531,28(min beş yüz otuz bir manat, iyirmi səkkiz qəpik) manat olan samsung tv, zəmanət + 1 il xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə samsung tv, zəmanət + 1 il xidməti üçün 200 manat ilkin olmaqla, hər ay 73,96(yetmiş üç manat, doxsan altı qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
11. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 561,36(beş yüz altmış bir manat, otuz altı qəpik) manat olan imei kodu **********01556 samsung galaxy A15 markalı telefon, Samsung charger adapter, zəmanət + 1 il xidməti, paket L xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə imei kodu **********01556 samsung galaxy A15 markalı telefon, Samsung charger adapter, zəmanət + 1 il xidməti, paket L xidmətiu üçün ilkin ödənişsiz hər ay 46,78(qırx altı manat, yetmiş səkkiz qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
12. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən Soyuducu Toshiba, zəmanət + 3 il xidməti üçün 18 ay müddətinə ödəmək şərti ilə dəyəri 2036,48(iki min otuz altı manat, qırx səkkiz qəpik) manat olan mal almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, ümumilikdə 1462,54(min dörd yüz altmış iki manat, əlli dörd qəpik) manat olmaqla, ondan 1329,58(min üç yüz iyirmi doqquz manat, əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 132,96(yüz otuz iki manat, doxsan altı qəpik) manat cərimə hesablanmışdır, həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMCdən dəyəri 1531,28(min beş yüz otuz bir manat, iyirmi səkkiz qəpik) manat olan samsung tv, zəmanət + 1 il xidmətini 18 ay müddətinə ödəmək şərti ilə almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 1115,8(min yüz on beş manat, səksən qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 111,6(yüz on bir manat, altmış qəpik) manat cərimə hesablanmışdır, eyni maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən dəyəri 561,36( beş yüz altmış bir manat, otuz altı qəpik)manat olan imei kodu **********01556 samsung galaxy A15 markalı telefon, Samsung charger adapter, zəmanət + 1 il xidməti, paket L xidmətini ilkin ödənişsiz 12 ay müddətinə ödəmək şərti ilə almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 411,73(dörd yüz on bir manat, yetmiş üç qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 41,17(qırx bir manat, on yeddi qəpik)manat cərimə hesablanmışdır.
13. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də alıcı tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
14. Eyni zamanda hesablanmış cərimə borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını məqsədəmüvafiq hesab edir.
17. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1329,58(min üç yüz iyirmi doqquz manat, əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 50,42(əlli manat, qırx iki qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1115,8(min yüz on beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 45,20(qırx beş manat, iyirmi qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 411,73(dörd yüz on bir manat, yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 15,27(on beş manat, iyirmi yeddi qəpik) manat cərimə borcu tutularaq iddiaçıya verilməlidir.
18. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 51,43(əlli bir manat, qırx üç qəpik) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
20. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
21. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
22. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun nəticə:
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1329,58(min üç yüz iyirmi doqquz manat, əlli səkkiz qəpik) manat ödənilməmiş hissə, 50,42(əlli manat, qırx iki qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1115,8(min yüz on beş manat, səksən qəpik) manat ödənilməmiş hissə, 45,20(qırx beş manat, iyirmi qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 411,73(dörd yüz on bir manat, yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 15,27(on beş manat, iyirmi yeddi qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 2968(iki min doqquz yüz altmış səkkiz) manat borc məbləği və məhkəmə xərci olaraq 51,43(əlli bir manat, qırx üç qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə