Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1285/2024 29.10.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tel:13.09.2024xx.xx.2024-cü il tarixinə yaranmış tel:11.05.2023xx.xx.2023-cü il tarixli, 011409627 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 135,9 manat əsas 20,3 manat cərimə, cəmi 156,2 manat borc, tel:12.10.2023xx.xx.2023-cü il tarixli, 011561117 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 56 manat əsas 8,4 manat cərimə, cəmi 64,4 manat borc, tel:09.06.2023xx.xx.2023-cü il tarixli 011436561 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 27,9 manat əsas, 4,1 manat cərimə, cəmi 32 manat borc, tel:24.04.2023xx.xx.2023-cü il tarixli, 011393870 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 529,9 manat əsas, 79,4 manat cərimə, cəmi 609,3 manat borc, ümumilikdə dörd müqavilə üzrə 749,7 manat əsas, 112,2 manat cərimə, cəmi 861,9 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı «HONOR” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 46 manat olmaqla cəmi 549.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 46 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 135.90 manat əsas və 203.00 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 20.30 manat və tutulmalı olan cəmi borc məbləği 156.20 manat təşkil edir. Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən aldığı “Qulaqcığa” görə 11 ay ödəniş cədvəli üzrə hər ay 8 manat olmaqla cəmi 88 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 8 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 56 manat əsas və 84.00 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 8.40 manat və tutulmalı olan cəmi borc məbləği 64.40 manat təşkil edir. Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən aldığı “Qulaqcığa” görə 12 ay ödəniş cədvəli üzrə hər ay 9 manat olmaqla cəmi 99.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 9 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 27.90 manat əsas və 41.00 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqısatqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 4.10 manat və tutulmalı olan cəmi borc məbləği 32.00 manat təşkil edir. Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən aldığı “LG” markalı paltaryuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 68 manat olmaqla cəmi 1209.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 68 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 529.90 manat əsas və 794.00 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 79.40 manat və tutulmalı olan cəmi borc məbləği 609.30 manat təşkil edir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış tel:11.05.2023xx.xx.2023-cü il tarixli, 011409627 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “HONOR X8a” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 46 (qırx altı) manat, sonuncu ay isə 43.99 (qırx üç manat doxsan doqquz qəpik) manat olmaqla cəmi 549.99 (beş yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 46 manat olmuşdur. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 20.30 (iyirmi manat otuz qəpik) manat və tutulmalı olan cəmi borc məbləği 156.20 (bir yüz əlli altı manat iyirmi qəpik) manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış tel:12.10.2023xx.xx.2023-cü il tarixli, 011561117 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “X3 Choice Earbuds X (ALD-00) Night Black” markalı qulaqcığa görə 11 ay ödəniş cədvəli üzrə hər ay 8 (səkkiz) manat, olmaqla cəmi 88 (səksən səkkiz) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 8 manat olmuşdur. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 8.40 (səkkiz manat qırx qəpik) manat və tutulmalı olan cəmi borc məbləği 64.40 (altmış dörd manat qırx qəpik) manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış tel:09.06.2023xx.xx.2023-cü il tarixli 011436561 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “X3 Choice Earbuds X (ALD-00) Night Black” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 9 (doqquz) manat, sonuncu ay isə 0.99 (doxsan doqquz qəpik) manat olmaqla cəmi 99.99 (doxsan doqquz manat doxsan doqquz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 9 (doqquz) manat olmuşdur. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 4.10 (dörd manat on qəpik) manat və tutulmalı olan cəmi borc məbləği 32.00 (otuz iki) manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış tel:24.04.2023xx.xx.2023-cü il tarixli, 011393870 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı “LG” markalı paltaryuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 68 (altmış səkkiz) manat, sonuncu ay isə 53.99 (əlli üç manat doxsan doqquz qəpik) manat olmaqla cəmi 1209.99 (bir min iki yüz doqquz manat doxsan doqquz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2024-cü il tarixdə 68 (altmış səkkiz) manat olmuşdur. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla da 90% güzəşt edilməklə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 79.40 (yetmiş doqquz manat qırx qəpik) manat və tutulmalı olan cəmi borc məbləği 609.30 (altı yüz doqquz manat otuz qəpik) manat təşkil edir. Müddətli (nisyə) alqısatqı müqaviləsi, müddətli (nisyə) alqı-satqı müqaviləsinin 1 (bir) saylı əlavəsi, ödəniş cədvəli, müştəri müraciəti üzrə ərizə-anket və maliyyə arayışı iddia tələblərinin əsaslılığı məqsədi ilə sübut kimi təqdim edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “HONOR X8a” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 46 (qırx altı) manat, sonuncu ay isə 43.99 (qırx üç manat doxsan doqquz qəpik) manat olmaqla cəmi 549.99 (beş yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat pulu "xxxx" MMCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “X3 Choice Earbuds X (ALD-00) Night Black” markalı qulaqcığa görə 11 ay ödəniş cədvəli üzrə hər ay 8 (səkkiz) manat, olmaqla cəmi 88 (səksən səkkiz) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh X3 Choice Earbuds X (ALD-00) Night Black” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər ay 9 (doqquz) manat, sonuncu ay isə 0.99 (doxsan doqquz qəpik) manat olmaqla cəmi 99.99 (doxsan doqquz manat doxsan doqquz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “LG” markalı paltaryuyan maşına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 68 (altmış səkkiz) manat, sonuncu ay isə 53.99 (əlli üç manat doxsan doqquz qəpik) manat olmaqla cəmi 1209.99 (bir min iki yüz doqquz manat doxsan doqquz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu tel:11.05.2023xx.xx.2023-cü il tarixli, 011409627 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 135,9 (bir yüz otuz beş manat doxsan qəpik) manat əsas, 215 gün gecikdirilən günlərin sayına görə 203 (iki yüz üç) manat cərimə, cəmi 338.90 (üç yüz otuz səkkiz manat doxsan qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu tel:12.10.2023xx.xx.2023-cü il tarixli, 011561117 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 56 (əlli altı) manat əsas, 245 gün gecikdirilən günlərin sayına görə 84 (səksən dörd) manat cərimə, cəmi borc 140.00 (bir yüz qırx) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu tel:09.06.2023xx.xx.2023-cü il tarixli 011436561 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 27,9 (iyirmi yeddi manat doxsan qəpik) manat əsas, 248 gün gecikdirilən günlərin sayına görə 41 (qırx bir) manat cərimə, cəmi borc 68.90 (altmış səkkiz manat doxsan qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu tel:24.04.2023xx.xx.2023-cü il tarixli, 011393870 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 529,9 (beş yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 202 gün gecikdirilən günlərin sayına görə 794 (yeddi yüz doxsan dörd) manat cərimə, cəmi borc 1323.90 (bir min üç yüz iyirmi üç manat doxsan qəpik) manat təşkil edir. İşdə olan xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1978-ci ildə Xanlar rayonunun Əzizbəyov kəndində doğulmuş və Göygöl rayonunun Hacıməlik qəsəbəsində qeydiyyatdadır. Göygöl RİHB-nın Topalhəsənli kənd İƏD üzrə nümayəndəliyinin 09 oktyabr 2024-cü il tarixli, 5-47-23/2-72/2024 nömrəli məktubunda X1 və ailə üzvlərinin nümayəndəlik ərazisində yaşamadıqlarına görə məhkəmə bildirişinin çatdırılması mümkün olmaması qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi-ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı tel:11.05.2023xx.xx.2023-cü il tarixli, 011409627 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 135,9 (bir yüz otuz beş manat doxsan qəpik) manat əsas 20,3 (iyirmi manat otuz qəpik) manat cərimə, cəmi 156,2 (bir yüz əlli altı manat iyirmi qəpik) manat borc, tel:12.10.2023xx.xx.2023-cü il tarixli, 011561117 saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 56 (əlli altı) manat əsas 8,4 (səkkiz manat qırx qəpik) manat cərimə, cəmi 64,4 (altmış dörd manat qırx qəpik) manat borc, tel:09.06.2023xx.xx.2023-cü il tarixli 011436561 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 27,9 (iyirmi yeddi manat doxsan qəpik) manat əsas, 4,1 (dörd manat on qəpik) manat cərimə, cəmi 32 (otuz iki) manat borc, tel:24.04.2023xx.xx.2023-cü il tarixli, 011393870 saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 529,9 (beş yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 79,4 (yetmiş doqquz manat qırx qəpik) manat cərimə, cəmi 609,3 (altı yüz doqquz manat otuz qəpik) manat borc, ümumilikdə dörd müqavilə üzrə 749,7 (yeddi yüz qırx doqquz manat yetmiş qəpik) manat əsas, 112,2 (bir yüz on iki manat iyirmi qəpik) manat cərimə, cəmi 861,9 (səkkiz yüz altmış bir manat doxsan qəpik) manat borcu vardır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh tel:13.09.2024xx.xx.2024-cü il tarixinə yaranmış tel:11.05.2023xx.xx.2023-cü il tarixli, 011409627 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 135,9 (bir yüz otuz beş manat doxsan qəpik) manat əsas 20,3 (iyirmi manat otuz qəpik) manat cərimə, cəmi 156,2 (bir yüz əlli altı manat iyirmi qəpik) manat borc, tel:12.10.2023xx.xx.2023-cü il tarixli, 011561117 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 56 (əlli altı) manat əsas 8,4 (səkkiz manat qırx qəpik) manat cərimə, cəmi 64,4 (altmış dörd manat qırx qəpik) manat borc, tel:09.06.2023xx.xx.2023-cü il tarixli 011436561 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 27,9 (iyirmi yeddi manat doxsan qəpik) manat əsas, 4,1 (dörd manat on qəpik) manat cərimə, cəmi 32 (otuz iki) manat borc, tel:24.04.2023xx.xx.2023-cü il tarixli, 011393870 saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 529,9 (beş yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 79,4 (yetmiş doqquz manat qırx qəpik) manat cərimə, cəmi 609,3 (altı yüz doqquz manat otuz qəpik) manat borc, ümumilikdə dörd müqavilə üzrə 749,7 (yeddi yüz qırx doqquz manat yetmiş qəpik) manat əsas, 112,2 (bir yüz on iki manat iyirmi qəpik) manat cərimə, cəmi 861,9 (səkkiz yüz altmış bir manat doxsan qəpik) manat borc pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh tel:11.05.2023xx.xx.2023-cü il tarixli, 011409627 saylı müqavilə üzrə 135,9 (bir yüz otuz beş manat doxsan qəpik) manat əsas 20,3 (iyirmi manat otuz qəpik) manat cərimə borcu; tel:12.10.2023xx.xx.2023-cü il tarixli, 011561117 saylı müqavilə üzrə 56 (əlli altı) manat əsas 8,4 (səkkiz manat qırx qəpik) manat cərimə borcu; tel:09.06.2023xx.xx.2023-cü il tarixli 011436561 saylı müqavilə üzrə 27,9 (iyirmi yeddi manat doxsan qəpik) manat əsas, 4,1 (dörd manat on qəpik) manat cərimə borcu; tel:24.04.2023xx.xx.2023-cü il tarixli, 011393870 saylı müqavilə üzrə 529,9 (beş yüz iyirmi doqquz manat doxsan qəpik) manat əsas, 79,4 (yetmiş doqquz manat qırx qəpik) manat cərimə borcu olmaqla ümumilikdə dörd müqavilə üzrə 861,9 (səkkiz yüz altmış bir manat doxsan qəpik) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev İş № 2(066)-1285/2024 Birinci instansiya məhkəməsində məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətin aparılması barədə PROTOKOL 29 oktyabr 2024-cü il Göygöl şəhəri Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu tərəfindən iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında, iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasından kənar baxılır, Prosessual hərəkət saat 14:35-də başladım. İşə baxan hakim olaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri yoxlayaraq iddia ərizənin təmin edilməsi barədə qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:45-də başa çatdırdım. Hakim:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-1285/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1285/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver