Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1297/2025 09.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 400042 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 471,06(dörd yüz yetmiş bir manat, altı qəpik) manat olan imei kod **********64066 xiaomi redmi note 13-ü dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə imei kod **********64066 xiaomi redmi note 13 üçün ilkin ödənişsiz olmaqla hər ay 26,17(iyirmi altı manat, on yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
2. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli 02679146 saylı müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 469,98(dörd yüz altmış doqquz manat, doxsan səkkiz qəpik) manat olan imei kod **********84361 xiaomi poco c65, paket m xidməti, qızıl zəmanət ultra 2 il xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə imei kod **********84361 xiaomi poco c65, paket m xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün ilkin ödənişsiz olmaqla, hər ay 26,11(iyirmi altı manat, on bir qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
3. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 37,3(otuz yeddi manat, otuz qəpik) manat olan borofone powerbankı dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə borofone powerbank üçün 3 manat ilkin ödəniş olmaqla, hər ay 4,9(dörd manat doxsan qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
Məhkəmədə icraat:
4. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialarla bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, imei kod **********64066 xiaomi redmi note 13 üçün 444,89 (dörd yüz qırx dörd manat, səksən doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6(iyirmi üç manat, altmış qəpik) manat rüsum, 44,49 (qırx dörd manat, qırx doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, imei kod **********84361 xiaomi poco C65, paket m xidməti, qızıl zəmanət ultra 2 il xidmət iüçün 321,93(üç yüz iyirmi bir manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 32,19 (otuz iki manat, on doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, borofone powerbank üçün, 23 (iyirmi üç) manat ödənilməmiş hissə, 2,30 (iki manat, otuz qəpik) manat cərimə olmaqla, ümumilikdə 892,40 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, imei kod **********64066 xiaomi redmi note 13, imei kod **********84361 xiaomi poco C65, paket m xidməti, qızıl zəmanət ultra 2 il xidməti, borofone powerbank almış və nəticədə 892,40(səkkiz yüz doxsan iki manat, qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 471,06 (dörd yüz yetmiş bir manat, altı qəpik) manat (18 ay x 26,17 manat + 0 manat ilkin ödəniş) olan imei kod **********64066 xiaomi redmi note 13 üçün ümumilikdə 512,98(beş yüz on iki manat, doxsan səkkiz qəpik ) manat olmaqla, ondan 444,89 (dörd yüz qırx dörd manat, səksən doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 44,49 (qırx dörd manat, qırx doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 469,98(dörd yüz altmış doqquz manat, doxsan səkkiz qəpik) manat (18 ay x 26,11 manat + 0 manat ilkin ödəniş) olan imei kod **********84361 xiaomi poco C65, paket m xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün ümumilikdə 354,12(üç yüz əlli dörd manat, on iki qəpik) manat olmaqla ondan 321,93(üç yüz iyirmi bir manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32,19(otuz iki manat, on doqquz qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 37,3 (otuz yeddi manat, otuz qəpik) manat (7 ay x 4,9 manat + 3 manat ilkin ödəniş) olan borofone powerbank üçün ümumilikdə 25.30 (iyirmi beş manat, otuz qəpik) manat olmaqla, ondan 23 (iyirmi üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2,30 (iki manat, otuz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 188,52 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir.
6. İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, cavabdehə göndərlmiş məhkəmə bildirişi 11 sentyabr 2025-ci il tarixində ona çatdırılmışdır.
Tətbiq edilən hüquq:
7. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.
10. Belə ki, "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 400042 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri dəyəri 471,06(dörd yüz yetmiş bir manat, altı qəpik) manat olan imei kod **********64066 xiaomi redmi note 13-ü dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə imei kod **********64066 xiaomi redmi note 13 üçün ilkin ödənişsiz olmaqla hər ay 26,17(iyirmi altı manat, on yeddi qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
11. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02679146 saylı müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 469,98(dörd yüz altmış doqquz manat, doxsan səkkiz qəpik) manat olan imei kod **********84361 xiaomi poco C65, paket m xidməti, qızıl zəmanət ultra 2 il xidmətini dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə imei kod **********84361 xiaomi poco C65, paket m xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün ilkin ödənişsiz olmaqla, hər ay 26,11(iyirmi altı manat, on bir qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
12. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC alıcıya dəyəri 37,3(otuz yeddi manat, otuz qəpik) manat olan borofone powerbank-ni dəyərini hissə-hissə ödəmək şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə borofone powerbank üçün 3 manat ilkin ödəniş olmaqla hər ay 4,9(dörd manat, doxsan qəpik) manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür.
13. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən dəyəri 471,06(dörd yüz yetmiş bir manat, altı qəpik) manat olan imei kod **********64066 xiaomi redmi note 13-ü 18 ay müddətinə ödəmək şərti ilə almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, ümumilikdə 512,98(beş yüz on iki manat, doxsan səkkiz qəpik) manat olmaqla, ondan 444,89(dörd yüz qırx dörd manat, səksən doqquz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44,49(qırx dörd manat, qırx doqquz qəpik) manat cərimə hesablanmışdır, həmin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC-dən dəyəri 469,98(dörd yüz altmış doqquz manat, doxsan səkkiz qəpik) manat olan imei kod **********84361 xiaomi poco c65, paket m xidməti, qızıl zəmanət ultra 2 il xidmətini 18 ay müddətinə ödəmək şərti ilə almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 321,93(üç yüz iyirmi bir manat, doxsan üç qəpik) manat borcunu ödəməmiş və həmin məbləğə 32,19(otuz iki manat, on doqquz qəpik) manat cərimə hesablanmışdır, eyni maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən dəyəri 37,3(otuz yeddi manat, otuz qəpik) manat olan borofone powerbankı 3 manat ilkin ödəniş olmaqla 18 ay müddətinə ödəmək şərti ilə almış, borcunu hissə-hissə ödəməli olduğu halda öhdəliklərini tam yerinə yetirməmiş, əsas borc məbləğindən 23(iyirmi üç) manat borcunu ödəməmiş və həmin məbləğə 2,30(iki manat, otuz qəpik) manat cərimə hesablanmışdır.
14. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri olmuş, satıcı tərəf olaraq "xxxx" MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də alıcı tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
15. İddiaçı imei kodu **********64066 olan xiaomi redmi note 13 markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində pulu cavabdehdən tələb etsə də, iddia tələbində göstərmiş olduğu xidmət və onun dəyəri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən iddiaçının İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi tələbini əsassız hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Eyni zamanda hesablanmış cərimə borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
17. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını məqsədəmüvafiq hesab edir.
19. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 444,89(dörd yüz qırx dörd manat, səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 22,11(iyirmi iki manat, on bir qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 321,93(üç yüz iyirmi bir manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 14,07(on dörd manat, yeddi qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 23(iyirmi üç) manat ödənilməmiş hissə, 1(bir) manat cərimə borcu tutularaq iddiaçıya verilməlidir.
20. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30(otuz) manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
24. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Yekun nəticə:
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-cü il tarixli müqavilə üzrə 444,89(dörd yüz qırx dörd manat, səksən doqquz qəpik) manat ödənilməmiş hissə, 22,11(iyirmi iki manat, on bir qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 321,93(üç yüz iyirmi bir manat, doxsan üç qəpik) manat ödənilməmiş hissə, 14,07(on dörd manat, yeddi qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqavilə üzrə 23(iyirmi üç) manat ödənilməmiş hissə, 1(bir) manat cərimə borcu olmaqla ümumilikdə 827(səkkiz yüz iyirmi yeddi) manat borc məbləği və məhkəmə xərci olaraq 30(otuz) manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə