Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1306/2025 09.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələrlə bağlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: İşin halları:
1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı İphone 13 markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 112(yüz on iki) manat olmaqla cəmi 2013,9(iki min on üç manat, doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 262,20 manat olmuşdur.
2. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı Taube markalı televizor,kronşteyn-ə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 43(qırx üç) manat olmaqla cəmi 509,9(beş yüz doqquz manat, doxsan qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 95 manat olmuşdur.
Məhkəmə icraatı:
3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2023-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 333,9 manat əsas 50 manat cərimə cəmi 383,9 manat borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 113,9 manat əsas 17 manat cərimə cəmi 130,9 manat borc, ümumilikdə iki müqavilə üzrə 447,8 manat əsas, 67 manat cərimə, 514,8 manat cəmi borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı İphone 13 markalı telefon-a görə 18 aylıq ödəniş cədvəli üzrə hər ay 112 manat olmaqla cəmi 2013,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 262,2 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 333,90 manat əsas və 500 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla belə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləğinə 90% güzəşt edilməklə 50 manat cərimə pulu olmaqla, tutulmalı olan cəmi borc məbləği 383,9 manat təşkil edir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı Taube markalı televizor, kronşteynə görə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 43 manat olmaqla cəmi 509,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 95 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında ödənilməmiş 113,9 manat əsas və 170 manat gecikdirilən günlərə görə cərimə hesablanmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Bununla belə cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləğinə 90% güzəşt edilməklə 17 manat cərimə pulu olmaqla, tutulmalı olan cəmi borc məbləği 130,9 manat təşkil edir. 5.AR MPM 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
6. İş materiallarına əlavə edilmiş xəbərnamədən müəyyən olunur ki, Cavabdeh məhkəmə bildirişini xx.xx.2025-ci il tarixində qəbul etmişdir.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
9. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.
10. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı İphone 13 markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 112(yüz on iki) manat, sonuncu ay isə 109,99(yüz doqquz manat, doxsan doqquz qəpik) manat olmaqla cəmi 2013,99(iki min on üç manat, doxsan doqquz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 262,2 manat olmuşdur. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Müddətli (nisyə) alqı-satqı müqaviləsi, müddətli (nisyə) alqı-satqı müqaviləsinin 1 (bir) saylı əlavəsi, ödəniş cədvəli, müştəri müraciəti üzrə ərizə-anket və maliyyə arayışı iddia tələblərinin əsaslılığı məqsədi ilə sübut kimi təqdim edilir.
11. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı tabue markalı televizor, kronşteynə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 43 (qırx üç) manat, sonuncu ay isə 36,98(otuz altı manat, doxsan səkkiz qəpik) manat olmaqla cəmi 509,98(beş yüz doqquz manat, doxsan səkkiz qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Borclunun son ödəniş məbləği xx.xx.2025-ci il tarixdə 95 manat olmuşdur. Həmin müqavilələr sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən borc məbləğinin 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Müddətli (nisyə) alqısatqı müqaviləsi, müddətli (nisyə) alqı-satqı müqaviləsinin 1 (bir) saylı əlavəsi, ödəniş cədvəli, müştəri müraciəti üzrə ərizə-anket və maliyyə arayışı iddia tələblərinin əsaslılığı məqsədi ilə sübut kimi təqdim edilir.
12. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “İphone 13 markalı telefona” görə 18 aylıq ödəniş cədvəli üzrə hər ay 112(yüz on iki) manat, sonuncu ay isə 109,99(yüz doqquz manat, doxsan doqquz qəpik) manat olmaqla, cəmi 2013,99(iki min on üç manat, doxsan doqquz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 13.İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Taube markalı televizora” görə 12 aylıq ödəniş cədvəli üzrə hər ay 43(qırx üç) manat, sonuncu ay isə 36,98(otuz altı manat, doxsan səkkiz qəpik) manat olmaqla, cəmi 509,98(beş yüz doqquz manat, doxsan səkkiz qəpik) manat pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
14. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2023-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 333,9(üç yüz otuz üç manat, doxsan qəpik) manat əsas, 162 gün gecikdirilən günlərın sayına görə 500(beş yüz) manat cərimə olmaqla, cəmi 833,9(səkkiz yüz otuz üç manat, doxsan qəpik) manat qeyd edilmişdir.
15. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli (nisyə) alqı-satqı müqaviləsi üzrə 113,90(yüz on üç manat, doxsan qəpik) manat əsas, 219 gün gecikdirilən günlərın sayına görə 170(yüz yetmiş) manat cərimə olmaqla, cəmi 283,9(iki yüz səksən üç manat, doxsan qəpik) manat qeyd edilmişdir.
16. İşdə olan xəbərdarlıqdan görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir.
17. Eyni zamanda hesablanmış cərimə borcuna qiymət verərkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
18. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 19.Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cərimə məbləğinin azaldılmasını məqsədə müvafiq hesab edir.
20. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin qismən edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 333,9(üç yüz otuz üç manat, doxsan qəpik) manat əsas, 20,1(iyirmi manat, on qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 113,9(yüz on üç manat, doxsan qəpik) manat əsas, 8,1(səkkiz manat, on qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 476(dörd yüz yetmiş altı) manat pul tutularaq iddiaçıya ödənilməlidir.
21. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 333,9(üç yüz otuz üç manat, doxsan qəpik) manat əsas, 20,1(iyirmi manat, on qəpik) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 113,9(yüz on üç manat, doxsan qəpik) manat əsas, 8,1(səkkiz manat, on qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 476(dörd yüz yetmiş altı) manat borc məbləği və məhkəmə xərci olaraq 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, tərəflərə rəsmi qaydada göndərildiyi gündən 1 (bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə