Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1319/2025 09.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızı, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ilə bağlı ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq müəyyən etdi: İşin halları:
1. Cavabdeh ilə "xxxx" MMC (VÖEN: **********) arasında xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, "xxxx" MMC-dən 459,99 manat dəyərində mal (xidmət) almışdır. Cavabdeh borclu olduğu 459,99 manat məbləğdən 40 manat ilkin ödəniş etmiş və xx.xx.2025-ci il tarixli,********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 419,99 manat borcu qalmışdır.
2. R-11/24/01 saylı xx.xx.2024-cü il tarixli faktorinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Faktor (“Cash Finance MMC”) borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir.
Məhkəmə icraatı:
3. İddiaçı MMC-i Cavabdeh xx.xx.2025-ci il tarixli,********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 419,99 manat əsas borc və 33,78 manat cərimə borcu olmaqla, ümumilikdə 453,77(dörd yüz əlli üç manat, yetmiş yeddi qəpik) manat borcun, habelə 30(otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq Cash Finance MMC-ə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC (VÖEN: **********) arasında xx.xx.2025-ci il tarixli,********** nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən 459,99 manat dəyərində mal (xidmət) almışdır. Cavabdeh borclu olduğu 459,99 manat məbləğdən 40 manat ilkin ödəniş etmiş və nəticədə xx.xx.2025-ci il tarixli,********** nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 419,99 manat borcu qalmışdır. xx.xx.2025-ci il tarixli,********** nömrəli nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə görə cavabdeh xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cü il tarixinədək, hər ay 35 manat ödəməklə "xxxx" MMC-yə olan borcunu tam şəkildə icra etməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cash Finance MMC arasında imzalanmış faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin cavabdehə qarşı mövcud olan 419,99 manatlıq tələb hüququ Cash Finance MMC-ə keçmişdir. Bu barədə cavabdehə müvafiq bildiriş təqdim olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli,********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 40 manat təşkil edir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nisyə alqı-satqımüqaviləsinin 2.4.4-ci bəndinə əsasən,alıcımüqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi halda, satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdeh xx.xx.2025-ci il tarixinə Cash Finance MMC-yə, xx.xx.2025-ci il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 419,99 manat əsas borcu və 33,78 manat cərimə borcu olmaqla, ümumilikdə 453,77 manat borcu vardır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır.
6. İş materiallarına əlavə edilmiş xəbərnamədən və Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin məktubundan görünür ki, Cavabdeh məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır.
Tətbiq edilən hüquq:
7. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir.
10. Belə ki, "xxxx" MMC (VÖEN: **********) ilə Cavabdeh arasında bağlanmış ********** saylı, xx.xx.2025-ci tarixli nisyə alqı-satqı müqaviləsindən və təhvil-təslim aktından məlum olur ki, alıcı bu müqaviləyə əsasən dəyəri 459,99 manat dəyərində nisyə aldığı mala görə 40 manat ilin ödəniş etmiş, qalıq borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Müqavilənin 1 saylı əlavəsində olan ödəniş cədvəlinə əsasən malın qiymətinin nisyə məbləği olan 459,99 manat pulun xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 12 ay müddətində hər ay 35(otuz beş) manat olmaqla hissəhissə ödənilməsi nəzərdə tutulmuşdur.
11. R-11/24/01 saylı xx.xx.2024-ci il tarixli faktorinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Faktor (“Cash Finance MMC”) borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir.
12. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ********** saylı xx.xx.2025-ci il tarixli müqavilə üzrə 419,99(dörd yüz on doqquz manat, doxsan doqquz qəpik) manat əsas borc, 33,78(otuz üç manat, yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 453,77(dörd yüz əlli üç manat, yetmiş yeddi qəpik) manat borcu vardır.
13. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh ********** saylı xx.xx.2025-ci il tarixli müqavilə üzrə borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir.
14. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn münasibətlər olmuş, kredit verən tərəf olaraq İddiaçı MMC üzərinə düşən öhdəlikləri tam icra etsə də kredit alan tərəf-hazırki iş üzrə Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmişdir.
15. Bununla belə məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
16. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2025-ci il tarixli,********** nömrəli müqavilə üzrə tələb etdiyi 33,78(otuz üç manat, yetmiş səkkiz qəpik) manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 15,01(on beş manat, bir qəpik) manat məbləğində müəyyən edilməlidir.
17. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi qaydada və vaxtında icra etməmişdir. Həmin müqavilə üzrə tələb hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada iddiaçıya güzəşt edilmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliyini icra etmədiyindən iddiaçının Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən malın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etmək hüququ vardır.
18. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ********** saylı xx.xx.2025ci il tarixli müqavilə üzrə 419,99(dörd yüz on doqquz manat, doxsan doqquz qəpik) manat əsas borc, 15,01(on beş manat, bir qəpik) cərimə borcu olmaqla, cəmi 435(dörd yüz otuz beş) manat borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30(otuz) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidməti haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Yekun hissə:
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh,********** saylı xx.xx.2025-ci il tarixli müqavilə üzrə 419,99(dörd yüz on doqquz manat, doxsan doqquz qəpik) manat əsas borc, 15,01(on beş manat, bir qəpik) cərimə borcu olmaqla, cəmi 435(dörd yüz otuz beş) manat borc məbləği, məhkəmə xərci olaraq 30(otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə